Üz-üzə (povesti)

"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti.

Üz-üzə
Müəllif Çingiz Aytmatov
Janr povest
Orijinalın dili qırğız
Ölkə Qırğızıstan
Yazıldığı il 1957
Tərcüməçi Mehman Həsənov

Mövzusu[redaktə | mənbəni redaktə et]

"Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir[1][2]. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir[3]. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insancəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur[4][5].

İdeyası[redaktə | mənbəni redaktə et]

Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır[6][7]. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır. "Üz-üzə" povestində bir tərəfdə imperializmə, faşizmə qarşı labüd olan müharibə - müstəqillik, azadlıq, məsuliyyət əsas götürülür. Digər tərəfdə isə həyatın müqəddəsliyi, canın dəyəri ön plana çıxır. Başqa tərəfdə isə, gənc bir qadının çətin vəziyyətdəki ərinə baxması, qıtlığa və dözülməz çətinliklərə baxmayaraq onun saxlandığı yerə yemək aparması həyatın gerçək üzü kimi göz önündə sərgilənir[8]. "Üz-üzə" – insan və müharibənin, insan və mənəviyyatın sözün əsl mənasında Üz-üzə dayanmasıdır.

Məzmunu[redaktə | mənbəni redaktə et]

Hekayənin əsas personajları qırğız ər-arvad İsmayıl və Səidədir[9]. Onlar bu yaxınlarda evlənmiş, evlərinin tikintisini başa vurmuş və bir oğulları olmuşdu. Ancaq ailə xoşbəxtliyindən zövq almağa vaxtları olmadı - Böyük Vətən Müharibəsi başladı[10]. İsmayıl da bir çox həmkəndliləri kimi orduya çağırıldı. Onun yaşamaq istəyi o qədər güclü idiki, buna görə də vətən uğrunda döyüşmək həvəsi hiss etmirdi. Gənc hərbidən qaçdı. Evə qayıdanda onlarla yaşayan İsmayılın qoca xəstə anası və Səidə əvvəlcə xoşbəxt olsalar da, sonra hər şeyi başa düşdülər, amma İsmayılı qınamadılar. İsmayıl kənddən kənarda, mağarada günlərini keçirdi, gecələr evə gəldi. Bu, bir aydan çox davam etdi. Kənddə həyat acınacaqlı idi: yaşa çatan gənclər orduya çağırılır, əvvəl çağırılanların ailələri isə dəfn mərasimini keçirirdilər. Kəndə necə dərdin, hansı sınaqların gəldiyini görən Səidə özünü çox narahat hiss etdi, amma yenə də ərini ələ vermirdi.. O, İsmayılın fərariliyi ilə bağlı dindirilmək üçün çağırıldığı polis idarəsinin zabitinə də heç nə demədi. Günlər keçdi. Yaşı irəliləyib və səhhəti pisləşən İsmayılın anası öldü. Oğul dəfn mərasimini uzaqdan izləyirdi. O, ancaq camaat dağılışdıqdan sonra qəbrə gəldi: hönkür-hönkür ağlayaraq ən çox sevdiyi adamdan bağışlanmasını dilədi. Bir gün aulda bəla oldu: əri cəbhədə ölən Səidənin qonşusu Totoyun inəyi oğurlandı, bu o deməkdir ki, ailə aclığa məhkum idi. Və çox keçmədən Səidə bildi ki, İsmayıl inəyi oğurlayıb ət üçün kəsib. O, başa düşdü: əri öz insan görkəmini itirir və o, artıq tanıdığı İsmayıl deyildi. Çətin və düzgün qərar verdi: oğrunu axtaran əsgərlərə İsmayılın gizləndiyi yeri göstərdi. Hekayə həyatın ən yüksək dəyər olduğunu, lakin hətta onun naminə xəyanətin tamamilə yolverilməz olduğunu, eyni zamanda bir insanın etdiyi bir ciddi cinayətin tək olmadığını və daha da ağır cinayətlərə səbəb olduğunu öyrədir[11].

Tərcümə[redaktə | mənbəni redaktə et]

Tədqiqatçı Mehman Həsənovun tərcümə etdiyi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi bu kitabı böyük ənənənin müasir mərhələdəki uğurlu davamı hesab etmək olar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Айтматов Чингиз // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
  2. Чыңгыз Айтматов менен коштошуу Archived 2013-12-12 at the Wayback Machine ("Кыргыз гезиттери" сайтында)
  3. 1 Karimov M. M. Autofun Jean Charles Aitmatova shygarmalary sbec tilinde: author. Diss. candidate. Phil. Sciences. [Text] / M. Karimov, Tashkent, 1976. – 19 p.
  4. Chingiz Aytmatov // Encyclopædia Britannica (ing.).
  5. Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 30. ISBN 978-2-221-06888-5 https://litera.hu/hirek/meghalt-csingiz-ajtmatov.html Arxivləşdirilib 2023-03-23 at the Wayback Machine.
  6. http://www.rferl.org/content/Chyngyz_Aitmatovs_Lifelong_Journey_Toward_Eternity/1359041.html Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine Chingiz Aitmatov's Lifelong Journey Toward Eternity
  7. Чыңгыз Айтматов менен коштошуу Archived 2013-12-12 at the Wayback Machine ("Кыргыз гезиттери" сайтында)
  8. Кaрaев С. Чингиз Aйтмaтов – буюк ёзувчи, кaмтaрин инсон, содиқ дўст. [Текст] / Кaрaев С. – Тaшкент, «Янги aср aвлоди» – 2012.
  9. Кaримов М. М.Aуэзовдун жaнa Ч.Aйтмaтовдун чыгaрмaлaры єзбек тилинде: Aвтореф. дисс. кaнд. фил. нaук. [Текст] / Кaримов М. – Тaшкент, 1976. – 19 б.
  10. Айтматов Чингиз // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
  11. Айтматов, Чингиз Торекулович // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — ISBN 9965-9389-9-7. (CC BY-SA