Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duna Kolleci
Duna Kolleci (ing. Duna College, tam adı Duna International College) xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dunqa
Dunqa Tam adı Carlos Caetano Bledorn Verri (31 oktyabr 1963, İjui[d], Riu-Qrandi-du-Sul) — Braziliyalı keçmiş futbolçu. == Həyatı == 31 oktyabr 1963-cü ildə anadan olub.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Dina
Dina — qadın adı. Dina Qorina — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Ulyanova — Azərbaycanı təmsil edən basketbolçu. Dina Lebo Falula — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Tumarkina — Azərbaycan teatr aktrisası Dina Qəhrəmanova — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. Dina Qaripova — Tatarıstan Respublikasının əməkdar artisti.
Dua
Dua — qəsdli şəkildə icra olunan ünsiyyət vasitəsilə ibadət obyekti ilə rapportu aktivləşdirmək üçün çağırış və ya hərəkət. Dar mənada bu termin bir ilaha və ya ilahiləşdirilmiş əcdada yönəlmiş supplikasiya və ya intersessiya aktına aid edilir. Ümumiyyətlə, dua həm də şükür və ya tərif məqsədi daşıya bilər, müqayisəli dində daha mücərrəd meditasiya formaları və sehrlərlə sıx bağlıdır. Dua aktı hələ e.ə. III minillikdə yazılı mənbələrdə təsdiq edilmişdir. İndiki dövrdə əksər böyük dinlər bu və ya digər şəkildə duaları əhatə edir. Onlardan bəziləri dua aktının ciddi ardıcıllığını tələb edir və ya kimin dua etməsinə icazə verildiyinə məhdudiyyət qoyur, digərləri isə duanın istənilən vaxt hər kəs tərəfindən kortəbii şəkildə həyata keçirilə biləcəyini öyrədir. Duadan istifadə ilə bağlı elmi tədqiqatlar əsasən onun xəstə və ya yaralı insanların sağalmasına təsiri üzərində cəmlənmişdir. Duanın inanclı sağalmada effektivliyi bir çox tədqiqatlarda ziddiyyətli nəticələrlə qiymətləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Dua ilə əlaqəli mediafayllar var.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Aleksandr Düma
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. == Həyatı == Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Andjey Duda
Andjey Sebastyan Duda (pol. Andrzej Sebastian Duda; 16 may 1972[…], Krakov, Polşa Xalq Respublikası) — Polşanın siyasi xadimi, 6 avqust 2015-ci ildən Polşa prezidenti. == Həyatı == 16 may 1972-ci ildə Krakovda doğulub. 24 may 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdir. 2014–2015-ci illərdə Avropa Parlamentinin deputatı olmuşdur. == Prezidentlik == 2015-ci il seçkilərində qalib gələrək prezident Bronislav Komorovskini əvəz etdi. 6 avqust 2015-ci ildə Andjey Dudanın təntənəli andiçmə mərasimi oldu, bundan sonra rəsmi olaraq prezidentliyini qəbul edildi.
Anri Dünan
Henri Dünan (fr. Jean-Henry Dunant, Henri Dunant; 8 may 1828[…], Cenevrə və ya İsveçrə – 30 oktyabr 1910[…]) — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının qurucusudur. == Həyatı == Henri Dünan Cenevrə şəhərində adi tacir olmuşdur. O, böyük bir gölün kənarında yerləşmiş bu şəhərdə dinc şəraitdə işləyir və müharibənin törətdiyi bəlalardan xəbərsiz yaşayırdı. Çünki, onun vətəni İsveçrə 1815-ci ildən bəri Avropa dövlətlərinin razılığı ilə neytral siyasət yürüdür və dövlətlərarası müharibələrdə iştirak etmirdi. 1859-cu ildə Henri Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə işgüzar bir səfər edir. Həmin yerlərdən keçərkən Dünan təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür və gördükləri onu dəhşətə gətirir. 1862-ci ildə yazdığı "Solferino xatirələri" adlı kitabında o, gördüklərini belə təsvir edir: "Gecənin sakitliyini yaralıların iniltisi və qüssədən çəkilən ahlar, adamın ürəyini deşən imdad çağırışları pozur. Bu dəhşətli gecəni olduğu kimi təsvir etmək heç cür mümkün deyil. İyunun iyirmi beşində doğan günəş təsəvvürə gətirilməsi mümkün olmayan bir mənzərəni işıqlandırır.
Antik dünya
Ağ durna
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Qorki adına Dünya Ədəbiyyatı İnstitutu
Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (rus. Институт мировой литературы имени А. М. Горького Российской академии наук) — 1932-ci ildə qurulan Rusiya Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutu. Moskvadakı knyaz Qaqarinin keçmiş malikanəsində yerləşir. == Direktorları == == İstinadlar == == Ədəbiyyat == Евнина Е. М. Фрагменты группового портрета ИМЛИ 30–70-х годов // Апрель: литературно-художественный и общественно-политический альманах. Вып. 5. М., 1992. С. 274–292. Евнина Е. М. Из книги воспоминаний. Во времена послевоенной идеологической бойни // Вопросы литературы, 1995, № 4.