Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dimitra Asilian
Dimitra Asilian (d. 10 iyul 1972) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Dimitra Asilian, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Nimits
"Nimits" ABŞ hərbi donanmasının Nimits sinifli aviadaşıyıcısı. Donanma admiralı Çester Nimitsin şərəfinə adlandırılmışdır. Çoxməqsədli atom aviadaşıyıcısı olan, dünyanın ən iri hərbi gəmilərindən biridir. Su basımı 101-104 min ton, uzunluğu 333 metr, eni 76,8 metrdir. Qüvvə qurğusu əsasən iki Vestinqhaus A4W atom reaktoru və 4 buxar turbinindən ibarətdir, təchizinin tərkibində iki hava axtarış radarı, bir hədəf radarı, üç hava hərəkat üzrə nəzarət radarı, eniş yardımı radarları və elektron hərbi cihazları var. Ekipaj 3200 nəfərdir, habelə 2480 nəfər aviasiyasına baxır. Gəminin ana limanı San Diyeqo hərbi-dəniz bazasıdır. Səfər məsafəsi həddsizdir. == Karyerası == 1967 il martın 31-də sifariş edilmiş superaviadaşıyıcının tikintisi növbəti il iyunun 22-də Virciniya ştatında başlandı və 1972 il mayın 13-də başa çatdı. 1975 il mayın 3-də gəmi xidmətə qəbul edilmişdir və həmin il iyunun 30-da "Nimitsin" CVAN-68 işarəsi indiki CVN-68-ə dəyişdirmişdir.
Artemisia demissa
Artemisia demissa (lat. Artemisia demissa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Barringtonia demissa
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Bidens demissa
Bidens demissa (lat. Bidens demissa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Dimitar Qerdjikov
Dimitar Qerdjikov (27 mart 1992) — Bolqarıstanlı biatlonçu. Dimitar Qerdjikov Bolqarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dimitar Qerdjikov birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qerdjikov 26:47.9 saniyəlik nəticəsi ilə 87 atlet arasında 81-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Dimitir Atanasov
Dimitr Atanasov (23 sentyabr 1953, Silistra[d] – 10 dekabr 2014) — Bolqarıstan yazıçı-dramaturqu, şairi, jurnalisti və tənqidçisi. == Həyatı == Dimitr Atanasov 23 sentyabr 1953–cü ildə doğulub. Veliko Tirnovo "Kiril və Metodiy" Universitetində Bolqar filologiyası fakültəsini bitirib. Plovdivdə yaşayır. Jurnalist kimi fəaliyyət göstərir. Bolqarıstan Yazıçılar Birliyi, Bolqarıstan Aktyorlar Birliyi (Dramaturgiya seksiyasının) və Bolqarıstan Jurnalistlər Birliyinin üzvüdür. Plovdivdəki Bolqar Yazarlar Dərnəyinin sədridir. Əsərləri rus, serb, alman, fransız və ingilis dillərinə tərcümə olunub.
Dimitri Jeltov
Dimitri Jeltov (tam adı: Dimitri Stepanoviç Jeltov, erz. Дмитрий Степанович Желтов, rus. Дмитрий Степанович Желтов; 1890, Napolnoye[d], Simbirsk quberniyası[d] – 1961, Bişkek) — partiya işçisi. == Bioqrafiyası == Dmitri Stepanoviç Jeltov 1890-ci ildə Napolnoe Alatır kəndində (indiki Pores rayonu) anadan olmuşdur. 1910-cu ildə Pores müəllimlər seminariyasını bitirmişdir. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Vətəndaş müharibəsinin iştirakçısıdır. 1914-cü ildə orduya çağırılmışdsır. 1918-ci ildə Komunist partiyası Alatır qəza komitəsində fəaliyyət göstərmişdir. 1921-24-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mordoviya katibi işləmişdir.
Dimitri Kipiani
Dmitri İvanoviç Kipiani (gürc. დიმიტრი ივანეს ძე ყიფიანი, 14 aprel (26), 1814, Mereti, Tiflis quberniyası - 24 oktyabr (5 noyabr) 1887, Stavropol, Rusiya imperiyası) - gürcü siyasətçisi, publisist, yazıçı və tərcüməçisi. == Həyatı == O dövrdə artıq Rusiya imperiyasının bir hissəsi olan Mereti kəndində (Qori yaxınlığında) knyaz ailəsindən törəyən bir ailədə dünyaya gəlmişdir. 1830-cu ildə 1-ci Tiflis zadəgan məktəbini bitirib, sonra onun əsasında yaradılan gimnaziyada müəllim işləyib. 1832-ci ildə Gürcüstanın müstəqilliyi məqsədi ilə gürcü zadəganlarının çar hakimiyyətinə qarşı çevrilişdə iştirak etmışdir. Buna görə Voloqda şəhərinə sürgün edildi və burada qısa müddət qqubernator dəftərxanasında çalışmışdır. 1837-ci ildə Dmitri Kipianiyə Gürcüstana qayıtmağa icazə verildi. O, burada dövlət qulluğuna girdi və 1864-cü ilə qədər qubernatorluqda müxtəlif vəzifələrdə çalışdı. 1861-ci ildə, təhkimçiliyin ləğv etmək islahatı zamanı, Dmitri Kipianiyə Gürcü zadəganları ilə danışıqlar aparmaq və Gürcüstanda təhkimçiliyin ləğv edilməsinin şərtlərini hazırlamaq həvalə edildi. 1862-ci ildəki Kipianinin planına görə, kəndlilər torpaq almadı, ancaq torpaq sahiblərinə kirayə haqqı ödəməli oldular.
Dimitri Kodzokov
Dmitri Stepanoviç Kodzokov (doğum adı — Lukman Kodzokov, Лэкъумэн Къуэдзокъуэ; 1818 – 1893) — Kabardalı ictimai xadimi. == Həyatı == Dmitri Kodzakov Dağ-Qafqaz eskadronu, leyb-qvardiyasında xidmət edən Maqomet Kodzakovun oğludur. 1820-ci illərin sonlarından Moskvada, Aleksey Xomyakovun ailəsində böyüyür. 1834-cü ildə məzunu olduğu professor Pavlovun xüsusi internat məktəbinə göndərilir. 1838-ci ildə Moskva Universitetinin Fəlsəfə Fakültəsinin 1-ci (Tarixi və Filologiya) bölməsini bitirir (Moskva Universitetini bitirən ilk Kabardalı). Burada "Qafqazın Təsviri" əsəri tələbə yazı müsabiqəsində birinci yerlərdən birini tutur. 1839-cu il iyulun sonunda Kodzokov Şimali Qafqaza, vətəninə qayıdır. Burada Kodzokov nümunəvi təsərrüfatların təşkili planlarını: dağlıların görə və mənimsəyə bildikləri kənd təsərrüfatının mütərəqqi formalarınını, yeni yiyələndikləri sənətkarlıq sahələri, onu övladlığa götürən valideynləri Xomyakovlara yazdığı məktublarda Avropa ev tikmə bacarıqları və məişət rahatlığı planlarını hazırlamağa başladı. Kodzokov Qafqaza gəldiyi ilk gündən at yetişdirməyə maraq göstərdi. Hələ 1840-cı ildə Xomyakovlar ailəsinə yazdığı məktubda qeyd edirdi: "Kunaklardan mənə bağışlanan atlardan, mal-qaradan və qoyunlardan təsərrüfat sakinləri üçün nümunəvi təməl qoymaq niyyətindəyəm.
Dimitri Kramarenko
Dmitri Kramarenko (12 sentyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet və azərbaycanlı futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Hazırda Neftçi PFK qapıçılar üzrə məşqçisidir. Sovet futbolçusu Sergey Kramarenkonun oğludur. == Bioqrafiyası == Bakının Neftçi klubunun yetirməsidir. İlk əvvəllər müdafiəçi mövqeyində məşqlərə qatılsada sonradan qapıçı olmuşdur. Profesional şəkildə Bakının Dinamo GOHM FK 1991-ci ildə debüt etmişdir. Növbəti il Azərbaycan Yüksək Liqasında Neftçi klubunun şərəfini qorumuşdur. 1993-cü ildə Moskvanın Dinamo klubundan təklif alır. Qapıçı bunu müsbət qarşılasa da Neftçi futbolçunu həvəssiz buraxmalı olur.
Dimitri Nəzərov
Dmitri Nazarov (4 aprel 1990, Tayınşa[d]) — Azərbaycanlı futbolçu. Almaniyanın 3-cü Liqa təmsilçisi "Ertsqebirqe Aue" komandasında çıxış edir. Dimitri Nazarov həmçinin 2014-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 40 oyunda meydana daxil olan Dimitri Nəzərov 8 qol vurub. == Həyatı == Dimitri Nəzərov 4 aprel 1990-cı ildə Qazaxıstanın Tayınşa şəhərində anadan olub. Babası əslən azərbaycanlı olan Dimitri Nəzərov, 1 yaşı olanda ailəsi ilə birgə Almaniyaya köçüb. == Komanda karyerası == === Karlsrue FK === == Nəticələri == == Azərbaycan yığması karyerası == 2014-cü ilin may ayında Dimitri Nəzərov, Berti Foqts tərəfindən Amerika Birləşmiş Ştatları ilə oyun üçün Azərbaycan yığmasının heyətinə çağırıldı. 27 may 2014-cü ildə ABŞ-yə qarşı baş tutan yoldaşlıq oyununda, 60-cı dəqiqədə Vaqif Cavadovun əvəzinə meydana daxil olaraq Azərbaycan yığmasında debüt etdi. Dimitri Nəzərov 9 sentyabr 2014-cü ildə Bolqarıstana qarşı keçirilən UEFA Avro 2016-nın seçmə mərhələ oyununda 35 metrədən möhtəşəm qol vuraraq Azərbaycan yığmasında birinci qolunu vurdu. 2015-ci ildə Dimitri Nəzərov UEFA Avro 2016-nın seçmə mərhələsində Malta ilə baş tutan və Serbiyaya qarşı keçirilən yoldaşlıq oyunda qol vurdu.
Dimitri Ovçarov
Dimitri Ovçarov (2 sentyabr 1988) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Dimitri Ovçarov Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Dimitri Ovçarov Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə və Komanda turnirində bürünc medalarlın sahibi olub. Dimitri Ovçarov Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Dimitri Şevardnadze
Dimitri Şevardnadze (gürc. დიმიტრი შევარდნაძე; 1 dekabr 1885 – 1937, Tbilisi) — gürcü rəssamı, sənət kolleksiyaçısı və İosif Stalin repressiyaları zamanı Böyük təmizləmə qurbanı ziyalı. == Həyat == Gürcüstanın qərbində, o zaman Rusiya İmperiyasının bir hissəsi olan Quriya əyalətində kiçik bir kənd olan Baxvidə anadan olub, Sankt-Peterburq və Münhen rəssamlıq akademiyalarında təhsil alıb. Gürcüstana qayıtdıqdan sonra o, 1916-cı ildə Gürcüstan Rəssamları Assosiasiyasını yaradıb və ona rəhbərlik edib. O, həmçinin Milli İncəsənət Qalereyasının (1920) və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının (1922) yaradılmasına kömək etmişdir. O, bir sıra opera və teatr tamaşalarını, kinofilmləri bəzəyib, Tbilisi Dövlət Universitetinin rəsmi loqosunu tərtib edib. Həmçinin orijinal gürcü çapının, poçt markalarının və əskinaslarının dizaynını hazırlayıb. == Üsyan == 1937-ci ildə Gürcüstanın kommunist başçısı Lavrentiy Beriya Tiflisdəki orta əsr Metexi kilsəsini dağıtmaq niyyətində idi, lakin Dimitri Şevardnadzenin başçılıq etdiyi bir qrup gürcü ziyalısının inadkar müqaviməti ilə qarşılaşdı. Beriya müqavimətə cavab olaraq bildirir ki, hazırkı kilsə yerinə onun miqyaslı maketini insanların görə bilməsi üçün muzeydə saxlamaq kifayətdir. Daha sonra isə Şevardnadzeyə özəl olaraq bildirir ki, kilsəni xilas etmək səylərindən əl çəksə onu gələcək muzeyin direktoru təyin edəcəklər.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Potentilla demissa
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Verbena demissa
Verbena demissa (lat. Verbena demissa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü.
Fessalonikili Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Dimitri Kantakuzin
Dimitri Kantakuzin ( bolq. Димитър Кантакузин; XV əsr, Novo Brdo, Priştina rayonu – 1487, Qara dəniz) - (yunan və serb yunan mənşəli mənbələrinə görə) XV əsrin ikinci yarısında yaşamış bolqar ilahiyyatçı. XV əsrin Bolqar ədəbiyyatı onun birbaşa varisi olduğu üçün Tırnovo Kitab məktəbinin nümayəndəsi hesab olunur O, Osmanlı İmperiyasında yüksək vəzifə tutmuş, ədəbi fəaliyyətin inkişafına himayədarlıq etmiş və 1469-1479-cu illərdə Rila monastırında yaşamışdır. 1469-cu ildə "Zaqreb Kolleksiyası" nı yazmağı tapşıran görkəmli yazıçı Vladislav Qramatik ilə əlaqələri olmuşdur. Əsərlərini bolqar və yunan dillərində yazmışdır. Onun üslubu emosional-lirik olaraq müəyyən edilir. Dimitri Kantakuzin ilk başda Kantakuzinlər sülaləsi ilə əlaqəlidir və Bolqarıstan kralı Aseni ailəsinin nəslindən olan Georgiy Brankoviçin ikinci arvadı İrina Kantakuzinanın qohumudur. İrinanın George Brankoviç ilə evli olsa da, Kantakuzenlərin bəziləri Moraviya despotizminə keçdilər. Beləliklə, Dimitri Kantakuzinin atası 1435-ci ildə Dimitrinin doğulduğu Novo Brdo qeysəri təyin edildi. Onun kiçik qardaşları Yan (İohann), Aleksey və Georgi idi.
Dimitri Çupovski
Dimitri Çupovski (mak. Димитрија Чуповски;8 noyabr 1878 – 29 oktyabr 1940, Leninqrad) — Makedoniyalı ictimai xadim, filoloq və leksikoqraf, "Makedon dili" dərsliklərinin müəllifi. == Həyatı == Dimitri Çupovski Osmanlı imperiyasının (indiki Şimali Makedoniya) Papradişte kəndində (indiki Çaşka icmasına daxildir) anadan olub. Onu atası, o, hələ dünyaya gəlməmiş vəfat edib. Çupovskinin 10 yaşı olanda yaşadığı kənd yandırılır və o, ailəsi ilə birgə anasının doğulduğu Kruşevo kəndində məskunlaşır. Təhsilini tamamladıqdan sonra o, qardaşları ilə birlikdə iş üçün Sofiyaya getməli olur. Yeni yaradılmış Bolqarıstan çarlığının paytaxtında Çupovski gün ərzində çalışıb, Damyan Qruyev, Petar Pop Arsov və digər tələbələrin təşkil etdiyi məktəbdə də təhsilini davam etdirib. Sonraki təhsilini Çupovski, Belqrad və Sankt-Peterburqda davam etdirib. O zaman Sankt-Peterburqda yaşayan bolqar inqilabçı Xristo Şaldev Çupovskini rusiyayönlü baxışları olan şəxs kimi xarakterizə edirdi. Sankt-Peterburq və Daxili Makedoniya İnqilabi Təşkilatında gizli Makedoniya dərnəyinin üzvü Şaldevin fikrincə, Çupovski serb professorlar Stoyan Novakoviç, Yovan Sviyiç və Aleksandr Beliç kimi ideoloqlardan təsirlənib.
Viola demissa
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Dimitr Atanasov
Dimitr Atanasov (23 sentyabr 1953, Silistra[d] – 10 dekabr 2014) — Bolqarıstan yazıçı-dramaturqu, şairi, jurnalisti və tənqidçisi. == Həyatı == Dimitr Atanasov 23 sentyabr 1953–cü ildə doğulub. Veliko Tirnovo "Kiril və Metodiy" Universitetində Bolqar filologiyası fakültəsini bitirib. Plovdivdə yaşayır. Jurnalist kimi fəaliyyət göstərir. Bolqarıstan Yazıçılar Birliyi, Bolqarıstan Aktyorlar Birliyi (Dramaturgiya seksiyasının) və Bolqarıstan Jurnalistlər Birliyinin üzvüdür. Plovdivdəki Bolqar Yazarlar Dərnəyinin sədridir. Əsərləri rus, serb, alman, fransız və ingilis dillərinə tərcümə olunub.
Limits (mahnı)
Limits (azərb. Hüdudlar‎) — Avstriyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Paenda "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.