Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Dmitri Stepanoviç Kodzokov (doğum adı — Lukman Kodzokov, Лэкъумэн Къуэдзокъуэ; 1818 – 1893[1][2]) — Kabardalı ictimai xadimi.
Dimitri Kodzokov | |
---|---|
kab.-çərk. Лэкъумэн Къуэдзокъуэ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1818 |
Doğum yeri | Pervomay rayonu, Abukovo kəndi, Rusiya imperiyası |
Vəfat tarixi | 1893 |
Milliyyəti | kabardalı |
Vətəndaşlığı | Rusiya imperiyası |
Təhsili | Moskva İmperator Universiteti |
Atası | Maqomet Kodzokov |
Elmi fəaliyyəti | |
Tanınır | ictimai xadim |
|
|
Təltifləri | "Müqəddəs Anna" ordeni |
Dmitri Kodzakov Dağ-Qafqaz eskadronu, leyb-qvardiyasında xidmət edən Maqomet Kodzakovun oğludur. 1820-ci illərin sonlarından Moskvada, Aleksey Xomyakovun ailəsində böyüyür. 1834-cü ildə məzunu olduğu professor Pavlovun xüsusi internat məktəbinə göndərilir.[3][4] 1838-ci ildə Moskva Universitetinin Fəlsəfə Fakültəsinin 1-ci (Tarixi və Filologiya) bölməsini bitirir (Moskva Universitetini bitirən ilk Kabardalı). Burada "Qafqazın Təsviri" əsəri tələbə yazı müsabiqəsində birinci yerlərdən birini tutur.
1839-cu il iyulun sonunda Kodzokov Şimali Qafqaza, vətəninə qayıdır. Burada Kodzokov nümunəvi təsərrüfatların təşkili planlarını: dağlıların görə və mənimsəyə bildikləri kənd təsərrüfatının mütərəqqi formalarınını, yeni yiyələndikləri sənətkarlıq sahələri, onu övladlığa götürən valideynləri Xomyakovlara yazdığı məktublarda Avropa ev tikmə bacarıqları və məişət rahatlığı planlarını hazırlamağa başladı. Kodzokov Qafqaza gəldiyi ilk gündən at yetişdirməyə maraq göstərdi. Hələ 1840-cı ildə Xomyakovlar ailəsinə yazdığı məktubda qeyd edirdi: "Kunaklardan mənə bağışlanan atlardan, mal-qaradan və qoyunlardan təsərrüfat sakinləri üçün nümunəvi təməl qoymaq niyyətindəyəm. Ancaq insanların və əllərin olmaması hər cür ehtiyatlı tədbirləri çətinləşdirir."[5]
1840–1841-ci illərdə Pyatiqorskda Mixail Lermontovla görüşür.
1845–1851-ci illərdə Zaqafqaziya gömrük dairəsinin idarəsində xidmətə başlayır; 1861–1863-cü illərdə Qafqaz qubernatorunun xüsusi tapşırıqları üzrə vəzifəli şəxsi kimi xidmət göstərmişdir; 1863–1869-cu illərdə Terek-Kuban mülk-torpaq komissiyasının sədri olub.
1867-ci ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir.[6]
1869–1888-ci illərdə Dimitri Kodzokov Kuban və Terek bölgələri dağlılarının mülkiyyət hüquqlarının təhlili komissiyasının sədri olur. Ancaq müxtəlif vəzifələrdə olsa da Qafqazda heyvandarlıq və xüsusən atçılıqla bağlı gördüyü işlərindən uzaqlaşmadı: 1869-cu ilin avqustunda Stavropol vilayətinin Pyatiqorsk rayonunda at yetişdirənlərin birinci qurultayında çıxış etdi.[5] 1875-ci ilin sentyabrında Kodzokov "Qafqaz atçılıq dairəsi rəhbərliyi tərəfindən irəli sürülən at yetişdirmə sınaqları və təşviqi qaydaları" ilə əlaqədar yazı təqdim etdi. Dağlıların həyatında əhəmiyyətli hadisə olaraq, 1868-ci ildə kənd təsərrüfatı üçün mütəxəssislərin hazırlayan Vladiqafqaz peşə məktəbinin açılmasını hesab etdi. Kodzokovlar 4 min rubl dəyərində böyük torpaq sahəsini məktəbin "əbədi mülkiyyətinə" köçürdükdən sonra Qafqaz təhsil dairəsinin qəyyumu "belə dəyərli ianəyə görə" Dimitri Kodzokova dərin minnətdarlığını bildirdi.[7]