Dimitri Jeltov

Dimitri Jeltov[1] (tam adı: Dimitri Stepanoviç Jeltov, erz. Дмитрий Степанович Желтов, rus. Дмитрий Степанович Желтов; 1890, Napolnoye[d], Simbirsk quberniyası[d]1961, Bişkek) — partiya işçisi.

Dimitri Jeltov
Doğum tarixi 1890
Doğum yeri
Vəfat tarixi 1961
Vəfat yeri

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Dmitri Stepanoviç Jeltov 1890-ci ildə Napolnoe Alatır kəndində (indiki Pores rayonu) anadan olmuşdur. 1910-cu ildə Pores müəllimlər seminariyasını bitirmişdir. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Vətəndaş müharibəsinin iştirakçısıdır. 1914-cü ildə orduya çağırılmışdsır. 1918-ci ildə Komunist partiyası Alatır qəza komitəsində fəaliyyət göstərmişdir. 1921-24-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mordoviya katibi işləmişdir. Onun təşəbbüsü ilə «Yaktere teşte» (Qırmızı ulduz) və «Od vele» (Yeni kənd) qəzetləri nəşr olunmağa başlanmışdır. Onun bir başa rəhbərliyi altında Alatır şəhərində (sonradan Alatır Pedaqoji Təbiət Elmləri Texnikumuna çevrilmişdir), Samar quberniyasında Malı Tolkay kəndində, Saratov vilayəti Petrovsk şəhərində erzyan dilində pedaqoji texnukumlar aşılır. Daha sonra Türkmən heyətinin üzvü, Mərkəzi kənd təsərrüfatı banklarının müfəttişi Buryat-Monqol Muxtar Sovet Sosialist Respublikasının Əkinçilik üzrə Xalq komisarlığının sədri işləmişdir. 1937-ci ildə represiyaya məruz qalaraq sürgün edilir. 1956-cı ildə ona bəraət verilmişdir. 1961-ci ildə SSRİ, Qırğızıstan Sovet Sosialist Respublikasının Bişkek şəhərində vəfat etmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Дёмин, Василий Иванович. Эрзянь журналистиканть эрямопингезэ : монография : кавто пельксстз Василий Дёмин. - Саранск : Лит. фонд России, 2013. - Васенце пельксхь ' - 404 с. - Мордов.- эрзя яз.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-08.