Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Duvr
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Şüar
Şüar — irqi, siyasi, kommersiya, dini və digər kontekstdə ideya və ya məqsədin təkrar ifadəsi kimi istifadə edilən, ictimaiyyətin üzvlərini və ya müəyyən edilmiş hədəf qrupunu inandırmağa yönəlmiş yaddaqalan motto və ya ifadədir. Oksford lüğəti şüarı "reklamda istifadə olunan qısa və cəlbedici və ya yaddaqalan ifadə" kimi təyin edir. Şüar adətən yaddaqalan, çox yığcam və tamaşaçıları cəlb edən xüsusiyyətlərə malikdir. == Etimologiya == Sloqan sözü Şotland keltcəsi və irlandca sluagh-ghairm ("sluagh" ordu, "gairm" ev sahibi, "gairm" ağlamaq) kəlimələrinin ingilisləşdirilməsindən olan slogorn sözündən əmələ gəlmişdir. Şüarlar yazılı və vizualdan tutmuş tərənnüm və vulqara qədər dəyişir.
Dua
Dua — qəsdli şəkildə icra olunan ünsiyyət vasitəsilə ibadət obyekti ilə rapportu aktivləşdirmək üçün çağırış və ya hərəkət. Dar mənada bu termin bir ilaha və ya ilahiləşdirilmiş əcdada yönəlmiş supplikasiya və ya intersessiya aktına aid edilir. Ümumiyyətlə, dua həm də şükür və ya tərif məqsədi daşıya bilər, müqayisəli dində daha mücərrəd meditasiya formaları və sehrlərlə sıx bağlıdır. Dua aktı hələ e.ə. III minillikdə yazılı mənbələrdə təsdiq edilmişdir. İndiki dövrdə əksər böyük dinlər bu və ya digər şəkildə duaları əhatə edir. Onlardan bəziləri dua aktının ciddi ardıcıllığını tələb edir və ya kimin dua etməsinə icazə verildiyinə məhdudiyyət qoyur, digərləri isə duanın istənilən vaxt hər kəs tərəfindən kortəbii şəkildə həyata keçirilə biləcəyini öyrədir. Duadan istifadə ilə bağlı elmi tədqiqatlar əsasən onun xəstə və ya yaralı insanların sağalmasına təsiri üzərində cəmlənmişdir. Duanın inanclı sağalmada effektivliyi bir çox tədqiqatlarda ziddiyyətli nəticələrlə qiymətləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Dua ilə əlaqəli mediafayllar var.
Andrea Dyuar
Andrea Dyuar (d. 9 iyul 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Andrea Dyuar, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Ceyms Dyuar
Ceyms Dyuar (ing. James Dewar, 20 sentyabr 1842, Kinkardin-on-Fort - 27 mart 1923, London) — Şotlandiya fiziki və kimyaçısı. == Kəşfləri == 1877-ci ildən başlayaraq bütün araşdırmalarını Royal İnstitutunun laboratoriyalarında keçirən Ceyms Dyuarın elmə ən böyük töhfəsi istilik fizikasında olmuşdur. Aşağı temperatur vasitəsi xüsusilə Maykl Faradey və Raynonun işlərindən sonra oksigen, hidrogen, karbon monooksid kimi qazların mayeləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edirdi.
Daur acıçiçəyi
Daur acıçiçəyi (lat. Gentiana dahurica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Daur dili
Daur dili (daqur dili, daxur dili) — daurların dili. Monqol dilləri ailəsinin kidan qrupuna aiddir. Monqol dillərindən daha zəngin fonetikasına görə fərqlənir. Leksika sahəsində mancur, çin dilləri, həmçinin tunqus-mancur dilləridən, xüsusi ilə evenk dilindən xeyli sözlər götürmüşdür. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Грамматики: Поппе Н. Н. Дагурское наречие М., 1930. Martin S.E. Dagur Mongolian. Grammar, Text, and Lexicon (pdf, 4.8 Mb, 1961) Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine на сайте Алтаика.
Daur durnası
Daur itburnusu
Daur itburnusu (lat. Rosa davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Daur silsiləsi
Daur silsiləsi və ya sadəcə Daur (rus. Даур) — Rusiya Federasiyasındə, Yəhudi muxtar vilayətində orta yüksəklikli silsilər və və dağ massivləri. == Haqqında == Qranit və kristallik şistlərdən ibarətdir. Cila çayının yuxarı axınından Uldurqa çayının mənbəyinədək şimal-şərq istiqamətində 300 kilometrlik bir məsafədə uzanır. Silsilənin maksimal nöqtəsi 674 metr yüksəklikdə olan Daur dağıdır. Silsilənin aşağı hissəsində geniş yarpaqlı musson tipli meşələr üstünlük təşkil edir. Daur dağının zirvəsində isə onları iynəyarpaqlı meşələr əvəz edir. Silsilənin yamaclarında nadir bir gəlincik növü olan solonqoy və ya dağ gəlinciyi, bəzi nadir yırtıcı quşlar və kəpənəklər yaşayır.
Daur simisifuqası
Daur tütəkcəsi
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dauricum) - ətirşah cinsinə aid bitki növü.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Dura-Avropos
Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) — Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid "yığıncaq evi"dir. == Ümumi məlumat == Selevki çarı I Nikator (təqribən e.ə. 358 — təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının "Parfiya istehkamları" siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə.
Duvr (En)
Duvr (fr. Douvres) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01149. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi.
Duyar Xan
Duyar Xan - türk və altay mifologiyasında əziyyət ilahı. Tuyar və ya Toyar da deyilir. Atəşdən yaradılmışdır. Buynuzlu və quyruqludur. Əli və ayağı yoxdur. Ölüm toxumu əkir. Bədbəxtlik gətirər. İnsanlara əziyyət edər və dəlilik verir. Alnının ortasında tək gözü vardır. Bəzən yarı insan, yarı şeytan olaraq təyin olunar.
Dаur murdarçası
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.