Di'Kuar

Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir,[1] nisbətən Nabuya yaxındır.[2] Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir.[3][4] Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır.[5] Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var.[6] Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir.[1]

Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur.[7] Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bray, Adam; Horton, Cole; Barr, Tricia. Star Wars: The Visual Encyclopedia. Star Wars Visual Dictionaries (ingilis). DK Publishing. 2017. ISBN 9781465459626.
  2. Bray, Adam; Horton, Cole; Barr, Patricia; Wallace, Daniel; Windham, Ryder; Jones, Matt; Daniels, Anthony. Ultimate Star Wars. Journey to Star Wars: The Rise of Skywalker (ingilis) (New Edition). Dorling Kindersley. 2019. ISBN 9781465479006.
  3. Fortune, Emil. Star Wars: Galactic Atlas (ingilis). Egmont UK Ltd, Disney–Lucasfilm. 2016. ISBN 9781405279987.
  4. Beecroft, Simon; Dougherty, Kerrie; Fry, Jason; Luceno, James; Lund, Kristin; Chasemore, Richard; Jenssen, Hans; Remillard, Kemp. Star Wars: Complete Locations (ingilis). DK Publishing. 2016. ISBN 9781465452726.
  5. Kogge, Michael. Star Wars: The Force Awakens: A Junior Novel (ingilis). Disney–Lucasfilm Press. 2015. ISBN 9781484704882.
  6. Beecroft, Simon; Dougherty, Kerrie; Fry, Jason; Luceno, James; Lund, Kristin; Chasemore, Richard; Jenssen, Hans; Remillard, Kemp. Star Wars: Complete Locations (ingilis). DK Publishing. 2016. ISBN 9781465452726.
  7. De Semlyen, Phil. "Exclusive: Empire reveals names of new Star Wars planets". Empire (ingilis). 26 noyabr 2015. 10 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
  8. Cey Cey Abrams. 'Gücün oyanması (ingilis). Walt Disney Pictures. 16 dekabr 2015. Event occurs at 135 dəq. (#accessdate_missing_url)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]