Daur durnası (lat. Grus vipio) — Durna cinsinə aid olan quş növü. Bu növ durnalar Şərqi Asiya ərazisində yayılmışdır. Nadir növ sayılır. Ornitoloqların hesablamalarına görə onların sayı 4900–5300 başdır. Beynəlxalq və yerli qanunlarla qorunur.
Daur durnası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Daur durnası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Quşun uzunluğu 190 sm, çəkisi 5,6 kq. Ayağında çəhrayı nöqtələr və boynunda az zolaqlar olan yeganə durna növüdür. Göz ətrafında qırmızı həlqə vardır. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasada erkəklər nisbətən iri olur.
Cavan fərdlərin baş və boyun nahiyələri pas rəngində olur. Qanad və quyruq lələkləri isə tünd bozdur.
Bu növ durnalar Asiya qitəsində yayılmışdır. Onların təbii arealı Dauriya adlı tarixi bölgədir. Dairiyaya Çinin şimal-şərqi, Monqolustanın şimal-şərqi, Rusiyanın cənub-şəq bölgələroi daxildir.
Qış dönəmində 2000 başdan ibarət bir dəstə Şimali və Cənubi Korteyanın demillitarizasiya olunmuş zonasına uçurlar[3][4]. Bundan əlavə 300 başdan ibarət olan kiçik bir qrup isə Yaponiyada yerləşən İdzumi gölü ətrafına köç edir. Hətta bir dəfə bu quşlara Tayvanda belə radt gəlinmişdir[5]. 3000 başdan ibarət qərb populyasiyası Çinin Yansızı və Xuanxe çayları hövzəsinə miqrasiya edirlər[6][7]
Əvəllər Daur durnalarınıbn sayı indikindən dəfələrlə çox olmuşdur. Areal baxımından da geniş ərzidə yayılmışlar. Xüsusi ilə İkinci Dünya müharibəsi və Koreya müharibələri sayının azalmasında böyük təsir göstərmişdir[8][9]
Daur durnaları yetkinliyə 3–4 yaşlarında çatırlar. Monoqamdırlar. Yəni Çütlüklər ömürlərinin sonlarına qədər birgə yaşayırlar.
Dişi adətən iki yumurta qoyur. Nadir hallarda bir ola bilir. Əgər balalar müəyyən səbəbdən tələf olarsa Dişi ikinci dəfə yumutlayıb qırt yata bilər. Yumurtalar 9,45×5,43 sm ölçüyə malik olurlar[10]. İnkubasiya dövrü 28–32 gündür. Balalar 70–75 gündən sonra uça bilirlər.
Daur durnaları həy şeylə qidalanırlar. Qıdalarına bataqlıq bitkiləri, düyü, buğda, qarğıdalı, molyusklar, suda-quruda yaşayanlar, balıqlar və kiçik gəmiricilər daxildir.
Növ hazırda qorunur. Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Son zamanlar ümumi götürdükdə saylarında artım müşahidə edilsə də bəzi atreallarda say baxımından azalma müşahidə edilir.
Onların sayına təsir göstərən amillər onların yayılma areallarındakı torpaqların əkinə cəlbi, su hövzələrində su anbarlarının inşası ilə geniş qamışlıqların suyun altında qalması, dambaların inşası və sairdir. Digər təhlükə isə Cənubi Koreya ilə Çimali Koreya arasında başlaya biləcək istənilən münaqişədir.