Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jeleznı Roq
Jeleznı Roq — Taman yarımadasının cənub sahillərində, Taman stansiyasından 10 km cənubda yerləşən burun. Burun dənizə doğru 1.3 km məsafədə uzanır. Maksimal hündürlüyü 65 m-dir. Burunun yuzarı hissəsində üzüm kolları əkilmişdir. Cənub-qərb sahillərində elə də böyük olmayan çimərlik vardır. Jeleznı Roq Kubanda yeganə yerdir ki burada dəmir filizi ehtiyatı vardır. Dəmir filizi səthə yaxın yerləşməsi ilə seçilir. Burada filiz 1932-ci ilə qədər kustar üsulla çıxarılmışdır. == Mənbə == Лотышев И. П. География Кубани. Энциклопедический словарь.
Yana Berezko-Marqqrander
Yana Berezko-Marqqrander (17 oktyabr 1995, Tolyatti, Samara vilayəti) — İtaliyanı təmsil edən bədii gimnast. Yana Berezko-Marqqrander 2012 və 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2010-cu ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı. == Karyerası == Yana Berezko-Marqqrander birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, 105.100 xalla 17-ci yeri tutdu. Yana Berezko-Marqqrander 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.249 xal topladı və 18-ci yeri tutaraq mübarizəni dayandırdı.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Jelko Komşiç
Jelko Komşiç (bosn. Željko Komšić; xorv. Željko Komšić; serb. Жељко Комшић; 20 yanvar 1964, Sarayevo) — Bosniya və Herseqovinanın rəyasət heyətinin hazırkı sədri olan xorvat siyasətçi. Komşiç Demokratik Cəbhəni qurmaq üçün 2012-ci ildə Sosial Demokrat Partiyasından ayrılanadək partiyanın tanınmış simalarından biri idi. Üç partiyalı prezidentliyə xorvat üzvü vəzifəsinə seçilsə də, bir çox Bosniya xorvatı onu federasiyada çoxluq təşkil edən boşnak seçicilər tərəfindən seçildiyi üçün onların maraqlarını təmin edən qanunsuz nümayəndə adlandırdı. == Həyatı == Komşiç Sarayevoda Bosniya xorvatı Marko Komşiç və Bosniya serbi Danitsa Staniçin ailəsində anadan olub. Anası Sarayevonun mühasirəsi zamanı mənzilində qəhvə hazırlayarkən Serb Respublikası Ordusunun snayperçisi tərəfindən öldürülüb. Bir çox mənbəyə görə, bu hadisə onun depresiya nöqtəsi idi, çünki o zamanlar Bosniya və Herseqovina Respublikasının Ordusunda xidmətə başlamışdı. Komşiç hərbi xidmətlərə görə verilən ən yüksək dövlət ordeni olan Qızıl Zanbaq ordeninə layiq görülüb.
Jelko Raznatoviç
Zelko Raznatoviç (serb-xorvatca Željko Ražnatović, azərb.transkripsiyası {Jel'ko Rajnatoviç}—keçmiş Yuqoslaviyanın serb əsli hərbçisi, siyasətçisi, sahibkarı, futbol klubunun prezidenti və kriminal avtoriteti. == "Srvena Zvezda"nın azakeşi == Bu tanınmış hərbçi ABŞ tərəfindən "sərt qatil və soyqırımçı" kimi ittiham olunur. Fakt budur ki, Serbiyada aparılan etnik təmizləmə zamanı Raznatoviç "Srvena Zvezda" fanatlarına dəyib-toxunmayıb. Elə buna görə də "Srvena Zvezda"lılar Bosniyadakı soyqırıma dəstək veriblər.
Jelko Yoksimoviç
Jelko Yoksimoviç (Serb: Жељко Јоксимовић, d. 20 aprel 1972, Belqrad, Yuqoslaviya) Serb müğənni. 2004 Avroviziya Mahnı Müsabiqəsində Serbiya və Monteneqronu "Lane Moje" adlı mahnı ilə təmsil edən müğənni 2-cilik əldə etmişdir. 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinana 3-cülük qazandıran Hari Mata Hari qrupunun səsləndirdiyi "Lejla" adlı mahnının və 2008 Avroviziya Mahnı Müsabiqəsində Serbiyana 6-cılıq qazandıran Yelena Tomaşeviçin səsləndirdiyi "Oro" adlı mahnının bəstəkarıdır. 2008-ci ildə Belqradda təşkil edilən Avroviziya Mahnı Müsabiqəsi serverlik vəzifəsini öz üzərinə götürmüşdür. Son olaraq "Ljubav" albomuyla Balkanların ən yaxşı sənətçilərindən biri olduğunu göstərmişdir. Avropanın müxtəlif yerlərində xüsusilə Balkanlarda böyük konsertlər verir.