Jelko Komşiç

Jelko Komşiç (bosn. Željko Komšić; xorv. Željko Komšić; serb. Жељко Комшић; 20 yanvar 1964, Sarayevo) — Bosniya və Herseqovinanın rəyasət heyətinin hazırkı sədri olan xorvat siyasətçi.

Jelko Komşiç
  • bosn. Željko Komšić
  • xorv. Željko Komšić
  • serb. Жељко Комшић
Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri
20 iyul 2021 – h.h
ƏvvəlkiMilorad Dodik
20 iyul 2019 – 20 mart 2020
ƏvvəlkiMilorad Dodik
SonrakıŞefik Cəfəroviç
10 iyul 2013 – 10 mart 2014
ƏvvəlkiNeboyşa Radmanoviç
SonrakıBəkir İzzetbeqoviç
10 iyul 2011 – 10 mart 2012
ƏvvəlkiNeboyşa Radmanoviç
SonrakıBəkir İzzetbeqoviç
6 iyul 2009 – 6 mart 2010
ƏvvəlkiNeboyşa Radmanoviç
SonrakıHaris Silayciç
6 iyul 2007 – 6 mart 2008
ƏvvəlkiNeboyşa Radmanoviç
SonrakıHaris Silayciç
Bosniya və Herseqovinanın rəyasət heyətinin xorvat üzvü
20 noyabr 2018 – h.h
ƏvvəlkiDraqan Çoviç
6 noyabr 2006 – 17 noyabr 2014
Əvvəlkiİvo Miro Yoviç
SonrakıDraqan Çoviç
Demokratik Cəbhənin Prezidenti
7 aprel 2013 – h.h
Əvvəlkivəzifə təsis edilib
Nümayəndələr Palatasının üzvü
9 dekabr 2014 – 20 noyabr 2018
Şəxsi məlumatlar
Doğum tarixi (60 yaş)
Doğum yeri Sarayevo, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Bosniya və Herseqovina)
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, vəkil
Həyat yoldaşı Sabina Komşiç (1996–h.h)
Uşağı 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Komşiç Demokratik Cəbhəni qurmaq üçün 2012-ci ildə Sosial Demokrat Partiyasından ayrılanadək partiyanın tanınmış simalarından biri idi.

Üç partiyalı prezidentliyə xorvat üzvü vəzifəsinə seçilsə də, bir çox Bosniya xorvatı onu federasiyada çoxluq təşkil edən boşnak seçicilər tərəfindən seçildiyi üçün onların maraqlarını təmin edən qanunsuz nümayəndə adlandırdı.

Komşiç Sarayevoda Bosniya xorvatı Marko Komşiç və Bosniya serbi Danitsa Staniçin ailəsində anadan olub. Anası Sarayevonun mühasirəsi zamanı mənzilində qəhvə hazırlayarkən Serb Respublikası Ordusunun snayperçisi tərəfindən öldürülüb. Bir çox mənbəyə görə, bu hadisə onun depresiya nöqtəsi idi, çünki o zamanlar Bosniya və Herseqovina Respublikasının Ordusunda xidmətə başlamışdı. Komşiç hərbi xidmətlərə görə verilən ən yüksək dövlət ordeni olan Qızıl Zanbaq ordeninə layiq görülüb. İkinci Dünya Müharibəsi dövründə çetnik olan ana babası Mariyan Staniç Komşiçin doğulmasından iki il öncə vəfat edib. Müharibədə olduğu dövrdə Staniçin ailəsi Doboy yaxınlığındakı Kostaynitsa kəndində gizləndi. Komşiçin ata ailəsi bu zaman Kiselyakda yaşayırdı. Atasının əmisi II Dünya Müharibəsi zamanı itkin düşüb. Komşiç atası kimi katolik olaraq vəftiz olundu. Lakin dini-skeptik olduğundan katolik kilsəsini tərk etdi. Özünü aqnostik olaraq görür.[1]

Komşiç Sarayevo Universitetinin Hüquq Fakültəsindən bakalavr dərəcəsi aldı. 2003-cü ildə Korktaun Liderlik Seminarında Bosniya və Herseqovinanı təmsil etmək üçün seçildi. Həyat yoldaşı Sabina etnik boşnakdır. Cütlüyün Lana adlı bir qızı var.[2]

Xorvatlar, serblər, boşnaklarmonteneqrolular üçün Ortaq Dil Bəyannaməsini imzalayanlardan biri olub.[3]

Komşiç Sarayevo futbol klubu Jelyezniçarın azarkeşidir, hətta klubun üzvlük vəsiqəsinə sahibdir və 2019-cu ilin iyul ayında yeniləyib.[4]

Bosniya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Bosniya müharibəsi zamanı Komşiç Bosniya və Herseqovina Respublikası Ordusunda xidmət etdi və Bosniya hökuməti tərəfindən verilən ən yüksək hərbi orden olan Qızıl Zanbaq ordeni ilə təltif edildi.[5]

İlk siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Komşiç Bosniya və Herseqovina Sosial Demokrat Partiyasının üzvü olaraq siyasi fəaliyyətinə başladı. 2000-ci ildə Yeni Sarayevonun bələdiyyə başçısı seçilmədən öncə Yeni Sarayevo bələdiyyəsinin və Sarayevo şəhər məclisinin məclis üzvü olub. Daha sonra iki il Sarayevo bələdiyyə başçısının müavini vəzifəsində çalışdı. Demokratik Dəyişikliklər İttifaqı koalisiyası 1998-ci ildə hakimiyyətə gələndə Komşiç Belqradda hazırda fəaliyyət göstərməyən Yuqoslaviya səfiri seçildi. 2002-ci ildə seçkilərdən sonra SDP yenidən müxalifət seçildi, daha sonra komissiya istefa verdi.

İlk prezidentlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Komşiç ABŞ Prezidenti Barak Obama və Birinci xanım Mişel Obama ilə birlikdə Metropoliten muzeyində, 23 sentyabr 2009

Komşiç SDP-dan 2006 Bosniya ümumi seçkilərində Bosniya və Herseqovinanın rəyasət heyətindəki xorvat kreslosuna namizədliyini irəli sürdü. 116.062 səs toplamağı bacardı və İvo Miro Joviç, Boyo Lyubiç, Mladen İvankoviç-Liyanoviç, Zvonko Yurişiç və İrena Yavor-Koryeniçi qabaqlayaraq səslərin 39.6%-i aldı. 1 oktyabr 2006-cı ildə and içdi. Qələbəsi BH XDB partiyasındakı radikallaşma ilə əlaqələndirildi və bu da öz növbəsində SDP-ın səslərinin əksəriyyətini toplamasına səbəb oldu. Xorvatlar onu boşnak seçicilər tərəfindən seçildiyi üçün Bosniya xorvatlarının qanunsuz nümayəndəsi kimi gördülər.[6]

2008-ci ilin may ayında, o vaxtkı Bosniya və Herseqovina rəyasət heyətinin üzvü Haris Silayciçin Vaşinqtona səfəri zamanı Bosniya və Herseqovinada yalnız bir dilin danışığını, lakin dilin üç müxtəlif adla adlandırıldığını söylədi. Onun bu açıqlaması Xorvatiyada siyasi partiyalar və Serb Respublikasının Baş naziri Milorad Dodik tərəfindən mənfi reaksiyalar aldı. Komşiç Silayciçə Bosniya və Herseqovinada neçə dildə danışılacağına qərar verəcək şəxsin o olmadığını söylədi.[7]

2010-cu ildə Milli Demokratiya İnstitutu tərəfindən aparılan araşdırmaya görə, Komşiç boşnakların fikrincə ən sevilən siyasətçi idi.[8]

2010-cu ildə keçirilən ümumi seçkilərdə Komşiç 337.065 səs qazandı, bu da ümumi səslərin 60.6%-i təşkil edirdi. Onu Boryana Krişto, Martin Raquj, Yerko İvankoviç-Lianoviç, Pero Qaliç, Mile Kutle və Ferdo Qaliç izlədi.[9]

Komşiçin 2010-cu ildə seçkilərdəki qələbəsi xorvat siyasi nümayəndələri tərəfindən bir çox mübahisəyə səbəb oldu və seçki saxtakarlığı olaraq qəbul edildi. Yalnız federasiyadakı vətəndaşlar boşnak və xorvat təmsilçisini seçə bilir. Boşnaklar federasiya əhalisinin 70%-i, xorvatlar isə yalnız 22%-i təşkil etdiyi üçün, xorvatları rəyasət heyətində təmsil etmək üçün seçilən namizəd, xorvat icması arasında çoxluq olmasa da təsirli şəkildə seçilə bilir. Bu, 2006 və 2010-cu ildə çoxmillətli Sosial Demokrat Partiyasının dəstəklədiyi etnik xorvat Komşiçin seçkilərdə çox az səs alaraq qazandığı zaman baş verdi.[10]

Komşiç ABŞ Dövlət katibi Hillari Klinton ilə, 13 dekabr 2011

2010-cu ildə xorvatların çoxluğu təşkil etdiyi heç bir bələdiyyədən səs almadı, təxminən bütün səslər Boryana Kriştoya getdi. Komşiçin topladığı səslərin əksəriyyəti əsasən boşnak bələdiyyələrindən gəldi və Qərbi Herseqovinanın Şiroki Briyeq, Lyubuşki, Çitluk, Posuye kimi bir sıra bələdiyyə seçicilərindən gələn dəstək heç xorvat bələdiyyələrindən gəlmədi. Komşiç 20 xorvatın yaşadığı Kalesiya bələdiyyəsindən yeddi mindən çox səs aldı. Ardından Bosniya və Herseqovina Federasiyasındakı bütün xorvat əhalisi təxminən 495.000 nəfər olaraq qiymətləndirildi.[11]

Komşiç 336.961 səs topladı, digər bütün xorvat namizədlər isə ümumilikdə 230.000 səs qazanmağa nail oldular. Xorvatlar onu yenə qeyri-qanuni nümayəndə hesab etdi və rəyasət heyətində ikinci boşnak üzv olaraq gördülər. Bu, xorvatlar arasında məyusluğu artırdı, federal qurumlara olan inamı zəiflətdi, öz müəssisələri və federal birlikləri üçün iddialarını gücləndirdi.[12]

İkinci prezidentlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2018-ci il ümumi seçkilərində Komşiç daha bir dəfə Bosniya və Herseqovinanın rəyasət heyətinin xorvat üzv olaraq 52.64% səslə seçildi, bu da sələfi Draqan Çoviçdən 16.5% səs çoxluğu təşkil etdi. 20 iyul 2019-cu il tarixində beşinci dəfə serb üzvü Milorad Dodikdən sonra növbəti səkkiz ay ərzində yeni sədr seçildi. Səkkiz aydan sonra, 20 mart 2020-ci il tarixində boşnak üzv Şefik Cəfəroviç Komşiçdən növbəti səkkiz ay ərzində sədrliyi təhvil aldı.[13]

2 mart 2021-ci ildə Serbiya Prezidenti Aleksandr Vuçiç Sarayevoya gələrək Cəfəroviç və digər sədrlər, Komşiç ve Dodik ilə görüşdü, görüş nəticəsində COVID-19 pandemiyası ilə mübarizədə 10.000 doza AstraZeneca COVID-19 peyvəndi Serbiya hökuməti adından Bosniya və Herseqovinaya bağışlandı. Üç gün sonra, 5 artda Sloveniya Prezidenti Borut Pahor da Sarayevoya gəldi və Cəfəroviç, Komşiç ve Dodik ilə görüşdü, bu görüşün nəticəsində də Sloveniya hökuməti adından pandemiya ilə mübarizədə 4.800 doza AstraZeneca COVID-19 vaksini Bosniya və Herseqovinaya bağışlandı.[14]

Komşiç və Cəfəroviç 22 may 2021-ci il tarixində Bosniya və Herseqovinanın Banja Luka şəhərinin cənubundakı Manyaça dağında Amerika Birləşmiş Ştatları Ordusu ilə Bosniya və Herseqovina Silahlı Qüvvələri arasında keçirilmiş hərbi təlimdə iştirak etdilər.[15]

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

2018-ci il ümumi seçkiləri və Komşiçin qələbəsindən sonra Xorvatiya Baş naziri Andrey Plenkoviç Komşiçin qələbəsini tənqid etdi. Komşiç Xorvatiya hökumətini Bosniya və Herseqovinanın suverenliyi pozğunluğu deyərək tənqid etdi. Komşiç Bosniya və Herseqovinada Pelyeşats körpüsünün inşası ilə əlaqədar Xorvatiyanı məhkəməyə verə biləcəyini də açıqladı. Avropa İttifaqının maliyyə dəstəyi ilə körpünün inşasına Bosniya və Herseqovina və Xorvatiyanı birləşdirmək üçün 30 iyul 2018-ci il tarixində başlanıldı və Komşiçin seçkilərdəki əsas rəqibi Draqan Çoviç tərəfindən dəstəkləndi.[16]

Cəfəroviç 2020-ci ilin dekabrında Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun dövlət səfəri ərəfəsində ilk öncə yalnız serb lider Milorad Dodiklə görüşməsini Bosniya və Herseqovinaya hörmətsizlik olaraq qəbul etdi. Nəticədə boşnak və xorvat liderlər Lavrovla görüşdən imtina etdilər.[17]

16 mart 2021-ci ildə Dodik, Cəfəroviç və Komşiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə dövlət səfərinə getdilər. Ərdoğan Bosniya və Herseqovinaya COVID-19 pandemiyası ilə mübarizədə 30.000 COVID-19 vaksini bağışladı. Görüşdə Bosniya və Herseqovina ilə Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan Serbiyanın paytaxtı Belqrada gedən avtomobil yolunun inşasına işarə edən infrastruktur və inşaat layihələrində əməkdaşlıq müqaviləsi imzalamaq barədə razılığa gəldilər. Müqaviləni Rabitə və Nəqliyyat Naziri Voyin Mitroviç təsdiq etdi.[18]

2021-ci ilin aprelində Komşiç AB xarici işlər nazirlərinə məktub göndərərək AB nümayəndə heyətlərini milliyətçi Bosniya partiyaları olan MSDİ və BH XDB ilə olan yüksək əlaqələrinə görə şiddətlə tənqid etdi. Məktubunda Rusiyanın təsiri, Xorvatiya və Serbiyanın Bosniya və Herseqovinanın daxili işlərinə müdaxiləsi və BH XDB və MSDİ arasındakı əlaqələrin birləşdirilməsini vurğuladı. Elə həmin ay Komşiç Sloveniya Baş naziri Yanez Yanşanın Qərbi Balkanlarda mümkün sərhəd dəyişiklikləri ilə əlaqədar göndərdiyi ehtimal olunan sənədə reaksiya verərək "sərhədlərin artıq təyin olunduğunu və nəticənin nə olacağını yalnız Allahın bildiyini" dedi.[19]

  • 1-ci dərəcəli Qızıl Zanbaq ordeni (1995)
  1. "Arxivlənmiş surət". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  2. "Arxivlənmiş surət". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  3. "Arxivlənmiş surət". 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  4. "Arxivlənmiş surət". 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  5. https://web.archive.org/web/20120127012403/http://www.zeljkokomsic.ba/index.php?lang=ba&sel=2
  6. "Arxivlənmiş surət". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  7. "Arxivlənmiş surət". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  8. "Arxivlənmiş surət". 2010-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  9. "Arxivlənmiş surət". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  10. "Arxivlənmiş surət". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  11. https://web.archive.org/web/20140731034607/http://www.avaz.ba/vijesti/teme/u-bih-ima-484-posto-bosnjaka-327-posto-srba-i-14-6-posto-hrvata
  12. "Arxivlənmiş surət". 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  13. "Arxivlənmiş surət". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  14. "Arxivlənmiş surət". 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  15. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  16. "Arxivlənmiş surət". 2019-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  17. "Arxivlənmiş surət". 2020-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  18. "Arxivlənmiş surət". 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  19. "Arxivlənmiş surət". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]