Jeleznı Roq

Jeleznı RoqTaman yarımadasının cənub sahillərində, Taman stansiyasından 10 km cənubda yerləşən burun. Burun dənizə doğru 1.3 km məsafədə uzanır. Maksimal hündürlüyü 65 m-dir. Burunun yuzarı hissəsində üzüm kolları əkilmişdir. Cənub-qərb sahillərində elə də böyük olmayan çimərlik vardır.

Jeleznı Roq burnu
Yerləşməsi
45°06′40″ şm. e. 36°44′19″ ş. u.
Akvatoriya Qara dəniz
Ölkə  Rusiya
Jeleznı Roq burnu xəritədə
Jeleznı Roq burnu
Jeleznı Roq burnu

Jeleznı Roq Kubanda yeganə yerdir ki burada dəmir filizi ehtiyatı vardır. Dəmir filizi səthə yaxın yerləşməsi ilə seçilir. Burada filiz 1932-ci ilə qədər kustar üsulla çıxarılmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]