Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Zalam
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb.
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Albom
Albom bu mənaları ifadə edə bilər:
14 (albom)
14 – Azərbaycan reperi PRoMetenin 2011-ci ildə buraxdığı albomudur.
18- (albom)
18- – Azərbaycan müğənnisi Aygün Kazımovanın karaoke albomu. Alboma 18 mahnı daxildir. Albom "SS production"un prodüserliyi ilə işıq üzü görmüşdür.
3 (albom)
#3 (mənası: nömrə 3 deməkdir) — The Script rok qrupunun sayca 3-cü və hələ ki, sonuncu albomu. 7 sentyabr 2012-ci ildə buraxılmışdır. Albomun əsas treki "Hall of Fame" mahnısıdır. Bu albom qrupun 3 albomu içərisində ən uğurlusu sayılır. Albomun trek listinə "Good Ol' Days", "Six Degrees of Separation", "Hall of Fame", "If You Could See Me Now" , "Glowing", "Give the Love Around", "Broken Arrow", "Kaleidoscope", "No Words", "Millionaires" trekləri daxildir. Bonus treklər (sonradan əlavələr) "Moon Boots" və "Hurricanes"-dir. Bu treklərdən hələ ki, 4-nə klip çəkilib. Bunlar "Six Degrees of Separation", "Hall of Fame" (Will. I. Am ilə), "If You Could See Me Now" və "Millionaires" trekləridir.
4 (albom)
4 – Beyonsenin dördüncü studio albomudur.
AM (albom)
AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. AM 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar. Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, AM çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan Suck It and See-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantika, seks və tənhalıq kimi mövzulara toxunulur. Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədərki ən uğurlu albomlarından birinə çevrilib, bir neçə ölkədə siyahılarda birinci olub və bir çox başqa ölkələrdə ilk onluğa yüksəlib. BK albomlar hit-paradında birinci yeri tutaraq, ilk həftəsində 157.000-dən çox nüsxə satdı və eyni zamanda 73.000 ədəd sataraq on ilin ən çox satılan vinil albomlarından biri oldu.
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
Alone (albom)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Alışdım (albom)
Alışdım – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun yeddinci studiya albomu. == Albom haqqında == Albomda sırf Nadir Əzimovun bəstələri yer almışdır. Aranjimanların müəllifi Nadir Əzimov və Eldar Məmmədovdur.
America (albom)
America — Thirty Seconds to Mars musiqi qrupunun ilk studiya albomu. 6 aprel 2018-ci ildə yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır.
Amnesiac (albom)
Amnesiac — İngiltərə musiqi qrupu Radiohead-in sayca 5-ci musiqi albomu. 5 iyun 2001-ci ildə işıq üzü görmüşdür. Albomdakı mahnılardan "Pyramid Song", "I Might Be Wrong" və "Knives Out" daha sinql olaraq çıxmışdır. Bu albomdakı mahnılar 2000-ci ildə yayımlanan "Kid A" albomundakı mahnılar ilə birlikdə yazılıb. "Amnesiac" əvvəlvə məhz bu albomun "B üzü" kimi çıxması nəzərdə tutulurdu. Buna görə də bəziləri alboma "Kid B" deyir. Bu albomların üslubları da bir-birinə bənzəyir. "Amnesiac" ənənəvi alternativ rok üslubundan fərqlənərək Radiohead-in bu janrda ifa edən digər qruplardan fərqləndirdi.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Araba (albom)
Araba – Mustafa Sandal-ın 1999-cu ildə çıxardığı 4-cü albomudur. == Mahnı haqqında == "Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir.
Atiye (albom)
Atiye - türk müğənni Atiyə Dənizin ikinci studiya albomu. == Albom haqqında == 24 mart 2009-cu ildə "Atiye" adlı ikinci studiya albomunu Sony BMG etiketi ilə satışa buraxan müğənni, bu albomun ilk video klipini Murad Küçük-ün rejissorluğu ilə Muamma adlı mahnıya çəkmişdir. Bu mahnısı Billboard Türkiyənin Top 20 listində 5-ci yerə, MTV Türkiyənin 5+TR siyahısında isə ilk həftədə 1-ci yerə yüksəlmişdir. Bu albomda Nazan Öncelin mahnısı olan "Aşkına da sana da" və Teoman ilə duet olaraq oxuduğu "Kal" adlı mahnıları da dinləyicilər tərəfindən rəğbət qazanmış və hitə çevrilmişdir. Albomun ikinci klipi "Salla" adlı mahnıya çəkilib. Bu klip də həmçinin Murad Küçük tərəfindən çəkilmiş və iyun ayında yayımlanmışdır. Mahnı Powertürk, Kral TV və Number One TV-də 4, MTV Türkiyə və Billboard Türkiyədə isə 3-cü yerə qədər yüksəlmişdir. Alboma daxil olan "Muamma" və "Salla" sinqlları Balkan ölkələrində də uğurlu olmuş və Balkanika TV-də yayımlanmışdır. Albomun üçüncü klipi olaraq noyabr ayında "Deli ya" adlı mahnı seçilmiş və bu mahnıya klip Kıbrısda çəkilən konsertdən götürülmüş hissələrlə düzəldilmişdir. Albomun dördüncü video klipi də Teomanla birlikdə oxuduğu duetə-Kal duetinə olmuşdur.
Aygün (albom)
Aygün – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadənin əsərləri daxildir. Albomdakı "Bir payız gecəsi" mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan ifa etmiş və öz albomuna daxil etmişdir.Əsərin müəllifi Eldar Mansurovdur. == Mahnıların Siyahısı == == Albomdakı video kliplər == "Я и ты" - 2000-ci ildə yayımlanan bu video klip dövrünün ən möhtəşəm klipi hesab olunur. 2012-ci ilə qədər YouTube video saytında Azərbaycan klipləri arasında ən çox izlənən video adlı liderliyini qoruyub saxlamışdır. "Matros" - 2000-ci ildə yayımlanan növbəti klipdir. Klipdəki aşiqin bütün məşuqələrənin rollarını Aygün Kazımova özü ifa etmişdir. "Məhəbbət üçbucağı" - 2000-ci ildə çəkilən və albomdan yayımlanan son video klipdir. Bir ulduzun həyatından və ona olan fenomen tələbatdan bəhs edən bu klipdə Aygün Kazımovanın günlük yaşantısından çoxlu görüntülər istifadə olunmuşdur. Klipdə Aygün Kazımovanın dostlarına və sənət yoldaşlarına da rast gəlmək mümkündür.
Azərbaycan (albom)
Azərbaycan – bəstəkar, Azərbaycanın xalq artisti Aygün Səmədzadənin 2016-cı ildə satışa çıxardığı musiqi albomu. Tərkibində 4 disk olan alboma müxtəlif dövrlərdə yazdığı 60 musiqi əsəri daxildir. Disklərin adları bəstəkarın mahnıları ilə eyni adı daşıyır. Bu şəhər ikimizindir, Gecikmiş etiraf, Tut ağacım, Məktəb illəri adlı disklərdə əsasən lirik mahnılar yer almışdır. Albom 2017-ci ildə Apple Music, Spotify, Deezer və s. rəqəmsal musiqi platformalarına yüklənmişdir.
Bad (albom)
Bad — Maykl Cekson albomu. == İstinadlar == == Xarici keçidlər == Campbell, Lisa D. Michael Jackson: The King of Pop. Branden Books. 1993. ISBN 978-0-82831-957-7. Brooks, Darren. Michael Jackson: An Exceptional Journey. Chrome Dreams. 2002. ISBN 1-84240-178-5.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Ben (albom)
Ben – Maykl Cekson ikinci albomudur. Albom 1972-ci ildə satışa çıxarılıb. Ceksonun ən uğurlu albomlarından biridir. Albomun bəzi mahnıları dinləyicilər tərəfindən hələ də dinlənir.
Blaj (albom)
Blaj (rus. Блажь, azərb. Şıltaqlıq‎, həmçinin kimi tanınan rus. Я тебя люблю, azərb. Mən səni sevirəm‎) — Nikolay Noskovun debüt studiya albomu.
Californication (albom)
Californication — Red Hot Chili Peppersnın yeddinci studiya albomudur. 8 iyun 1999 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.