Atiye (albom)

24 mart 2009-cu ildə "Atiye" adlı ikinci studiya albomunu Sony BMG etiketi ilə satışa buraxan müğənni, bu albomun ilk video klipini Murad Küçük-ün rejissorluğu ilə Muamma adlı mahnıya çəkmişdir. Bu mahnısı Billboard Türkiyənin Top 20 listində 5-ci yerə, MTV Türkiyənin 5+TR siyahısında isə ilk həftədə 1-ci yerə yüksəlmişdir. Bu albomda Nazan Öncelin mahnısı olan "Aşkına da sana da" və Teoman ilə duet olaraq oxuduğu "Kal" adlı mahnıları da dinləyicilər tərəfindən rəğbət qazanmış və hitə çevrilmişdir. Albomun ikinci klipi "Salla" adlı mahnıya çəkilib. Bu klip də həmçinin Murad Küçük tərəfindən çəkilmiş və iyun ayında yayımlanmışdır. Mahnı Powertürk, Kral TV və Number One TV-də 4, MTV Türkiyə və Billboard Türkiyədə isə 3-cü yerə qədər yüksəlmişdir.

Atiye
Yayımlanma tarixi 24 mart 2009
Janr Pop
Müddət 52:01
Leybl Sony
Atiye albomlarının xronologiyası
"Gözyaşlarım"
(2007)
"Atiye"
(2009)
"Budur"
(2011)

Albom haqqında[redaktə | mənbəni redaktə et]

Alboma daxil olan "Muamma" və "Salla" sinqlları Balkan ölkələrində də uğurlu olmuş və Balkanika TV-də yayımlanmışdır. Albomun üçüncü klipi olaraq noyabr ayında "Deli ya" adlı mahnı seçilmiş və bu mahnıya klip Kıbrısda çəkilən konsertdən götürülmüş hissələrlə düzəldilmişdir.

Albomun dördüncü video klipi də Teomanla birlikdə oxuduğu duetə-Kal duetinə olmuşdur. Klipin rejissoru Gürcan Kəltək olmuşdur.

Mahnı siyahısı[redaktə | mənbəni redaktə et]

  1. Aşkına Da Sana Da Söz & Musiqi: Nazan Öncel tugba ozerk & atiye
  2. Günaydın Söz: Orhan Yılmaz Murat Çeken & atiye: Musiqi: Atiye Manuel Grom & bekir unluataer
  3. Kal (Teoman ilə) Söz: Murat Çeken & atiye: Musiqi: Murat Çeken İskender Paydaş & atiye
  4. Muamma Söz: Murat Çeken İskender Paydaş & atiye: Musiqi: Atiye Philip Ellwart İskender Paydaş & Ali yilmaz
  5. Yalancı Mevsim Söz: Orhan Yılmaz & atiye: Musiqi: Atiye Philip Ellwart & tugba ozerk
  6. Deli Ya (Farkım Ortada) Söz: İsra Gülümser & atiye Musiqi: Phoebus Tassopoulos hasan yıldırım & atiye
  7. Dondurma (Murat Çeken ilə) Söz: Orhan Yılmaz & atiye Musiqi: Atiye bekir unluataer & yildiz tilbe
  8. Salla Söz: İsra Gülümser & atiye Musiqi: Murat Çeken İskender Paydaş & atiye
  9. Bile Bile Söz: Orhan Yılmaz & atiye Musiqi: Atiye tugba ozerk & Sinan Akcil
  10. Don't Think (Mc Tuna ilə) Söz & Musiqi: Atiye bekir unluataer & nil ozalp
  11. No Body (Dadda Dice ilə) Söz: Atiye Musiqi: Atiye Philip Ellwart & omer onder guney
  12. Dondurma (Remix) Söz: Orhan Yılmaz & atiye Musiqi: Atiye bekir unluataer & yildiz tilbe
  13. Salla (Remix) Söz: İsra Gülümser & atiye Musiqi: Murat Çeken İskender Paydaş & atiye