Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Zalam | |
---|---|
40°50′29″ şm. e. 47°47′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 551 (2009) nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3629[1] |
Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb.[2] Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb.[2] İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb. Kəndin 11 illik məktəbində 240 məktəbli təhsil alır[2]
Zalam oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. Oykonimin 1917—ci ildə Ərəş qəzasmın Xaldan icmasmda qeydə alınmış Salamaur (1933-cü ildə Salamabad kimi qeydə alınmışdır) kənd adı ilə bağlılığı güman edilir. Ehtimal etmək olar ki, Zalam Salam adının yerli tələffüz forması olub, şəxs adıdır.[3]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |