Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarozit
Yarozit – K Fe33+ [(OH)6 | (SO4)]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Növ müxtəliflikləri == Kalsiumlu, stronsiumlu (3,35% Sr), selenli (0,2 % SeO4) yarozit. == Xassələri == Rəng – oxra kimi sarı, sarımtıl-qonur, qonur, tünd-qəhvəyi; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – demək olar ki, almaz parıltısından şüşə parıltısınadək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,15-3,26; Sərtlik – 3-4; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – güclü piroelektrik xassələri ilə səciyyələnir, əllə toxunduqda yağlıdır; Morfologiya – kristallar: nadir rast gəlir; kiçik romboedrik və lövhəvarı; Mineral aqreqatları: xırdadənəli, sıx, torpaqvari, lifli kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, pirit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Sulfid yataqlarının oksidləşmə zonası üçün səciyyəvidir – dəmirin ilkin kükürd birləşmələrinin aşınması zamanı əmələ gəlir. Mineralın termal bulaq çöküntülərində də tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit, kvars, alunit və b. Mineralın tapıldığı yerlər: Barranko-Yaroso (İspaniya); Lavrion (Yunanıstan); Artyomov (Ukrayna); Blyava (Rusiya); Maykain (Qazaxıstan); Bukantau (Özbəkistan); Yava ad. Azərbaycanda yarozit bir sıra yataq və təzahürlərin (Katsdağ, Daşkəsən, Gədəbəy, Çıraqdərə, İtqırılan, Qızılarxaç və b.) oksidləşmə zonalarında, onun stronsiumlu növ müxtəlifliyi isə Duqlun-Vənənd (Ordubad rayonu) alunit yatağında aşkar edilmişdir. == Tətbiqi == Əhəmiyyətli yığınları pardaxlama tozu və boya istehsalı üçün xammal kimi istifadə edilə bilər.
Şamozit
Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi. == Xassələri == Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr. == Mənşəyi və yayılması == Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir. == Tətbiqi == Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir. == İstinadlar == == Xarici keçidlər == The Mineral Chamosite == Mənbə == Azərbaycan mineralları.
Junierus zanonii
Juniperus zanonii
Juniperus zanonii (lat. Juniperus zanonii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.