Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zolotoy burnu
Zolotoy burnu — Rusiya, Primorsk diyarının şimal-şərqində, Tatar boğazının sahilində yerləşən burun. Burundan 15,5 km cənub-qərbdə Samarqa kəndi yerləşir. Zolotoy burnu vilayətin əsas coğrafi nöqtələrindən biridir. Burun yarımadanın sonunda, dəniz daxilinə 3.5 km məsdafədə daxil olmuş bir ərazidədir. Vilayətin ucqar şərq nöqtəsini təşkil edir. Buradan Saxalin vilayətin ərazisinə olan məsasfə (Moneron adası) 205 km, ən yaxın şəhərə olan məsafə isə 228 km-dir (Nevelsk). Əslində isə vilayətin ucqar şərq nöqtəsi Zolotoy burnundan 9,3 km şimal-şərqdə yerləşir. Burun müxtəlif adlara sahib olmasına baxmayaraq, günəşin qürubu zamanı sahilı suları sarı-qızılı rəng alır. Burada il boyu fəaliyyət göstərən mayak vardır. Mayakda işləyənlər Zolotoy qəsəbəsində yaşayır.
Zolotoy Roq buxtası
Zolotoy Roq buxtası — Yapon dənizində Şərq boğazında, ensiz ən uzun buxta.3 Buxtanın sahilləri boyunca Vladivostok şəhəri yerləşir. Buxtaya gəmilər aslıqla yan ala bilir. Burada Vladivostok ticarət və balıqçı limanı yerləşir. Buxta üzərindən asma körpü keçir. Su səthinin sahəsi 4,44 km²-dir. == Coğrafiyası == Buxta Şərqi Bosfor boğazının şimal sahilini təşkil edir. Buxta şimal-qərbdən Şkot yarımadası ilə əhatələnir. Buxtanın girəcəyində dərinliyi 20—27 metrdir. İçərilərə doğru isə dərinlik azalır. Sahilə yaxın dərinlik 5,2 - 15,2 metr arasında dəyişir.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. == Dizayn == Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. == Həyatı == Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.