Zolotıe vorota metrostansiyası

«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎)Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib[1]. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka[2]. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir.[3]

Zolotıe vorota
ukr. «Золоті́ воро́та») 
Xəritə
Rayon Kiev
Açılış tarixi 31 dekabr 1989
Stansiyanın kodu 314
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi. Stansiya dərin sütünlu quruluşa malikdir. Üç yeraltı zala malikdir: orta və iki minik platforması. Stansiya zalları daxildən iki cərgə sütunlarla ayrılmışdır. Orta zal yer üstü vestibüllə eskalatorlu tunellə birləşib. Stansiyanın dərin olması səbəbi ilə eskalatorlar enişdə orta zalda dayanır. Daxili yetərincə gözəl olan stansiyanın divarları mozaika ilə bəzədilmişdir. İşıqlandırma klassik stildədir.

Yaruslar arası eskalator zalı silindrik formaya malikdir. Salonun divarları kərpicdən hörülmüş və mərmərdir. Havalandırma pəncərələri növbələnir. Salonun günbəzləri mozaikadır və kərpicdən hörülmüşdür.

Zolotıe vorota stansiyası özünə məxsus dizaynına görə 2011-ci ildə dünyanın ən gözəl metro stansiyaları reytinqində 11-ci yerə layiq görülmüşdür (Bootsnall).[4] 2012-ci ildə stansiya Avropanın ən gözəl 22 metrostansiyası siyahısına daxil edilmişdir (Daily Telegraph).[5]

Stansiya saat 5:38-də açılır. Bağlanır - 0:05-də. İlk istiqamət 06:02 -də Sıres və 05:48-də Krasnıy xutora olur. Sonuncu istiqamət saat 00:14-də Krasnıy xutora, 00:30-da isə Sıres stansiyasına doğru olur.

  1. До 30 апреля 1990 года включительно вход пассажиров на станцию и выход из неё осуществлялся только через переход со станции «Ленинская» («Театральная»). 1 мая 1990  года был открыт вход на Владимирской улице.
  2. "Пассажиропоток по станциям Киевского метрополитена за 2011 год". Archived from the original on 2013-10-19. İstifadə tarixi: 2020-05-03.
  3. Наказ Головного управління охорони культурної спадщини Київської міської державної адміністрації від 25.06.2011 № 10/38-11. Arxivləşdirilib 2013-08-11 at the Wayback Machine (Об'єкти культурної спадщини Шевченківського району в м. Києві. Arxivləşdirilib 2014-11-03 at the Wayback Machine(ukr.)
  4. "15 of the Most Beautiful Subway Stops in the World" (ingilis). 2012-06-04 tarixində arxivləşdirilib.
  5. "Станция киевского метро признана одной из красивейших станций Европы". 2013-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.