Zolotoy burnu — Rusiya, Primorsk diyarının şimal-şərqində, Tatar boğazının sahilində yerləşən burun. Burundan 15,5 km cənub-qərbdə Samarqa kəndi yerləşir. Zolotoy burnu vilayətin əsas coğrafi nöqtələrindən biridir. Burun yarımadanın sonunda, dəniz daxilinə 3.5 km məsdafədə daxil olmuş bir ərazidədir. Vilayətin ucqar şərq nöqtəsini təşkil edir. Buradan Saxalin vilayətin ərazisinə olan məsasfə (Moneron adası) 205 km, ən yaxın şəhərə olan məsafə isə 228 km-dir (Nevelsk). Əslində isə vilayətin ucqar şərq nöqtəsi Zolotoy burnundan 9,3 km şimal-şərqdə yerləşir.
Zolotoy burnu | |
---|---|
Yerləşməsi | |
47°19′01″ şm. e. 138°59′26″ ş. u. | |
Akvatoriya | Sakit okean |
Ölkə | Rusiya |
|
Burun müxtəlif adlara sahib olmasına baxmayaraq, günəşin qürubu zamanı sahilı suları sarı-qızılı rəng alır.
Burada il boyu fəaliyyət göstərən mayak vardır. Mayakda işləyənlər Zolotoy qəsəbəsində yaşayır. Yaxınlıqda isə hərbi hissə yerləşir.
Mülayim enliklərin musson iqliminə malikdir. Qışı soyuq və küləkli, yayı isə qısa, sərin və yağışlıdır. Primorsk vilayətində dəniz suyunun ən aşağı temperaturu burada müşahidə edilir. Suyun maklsimal temperaturu +22,9 °С-dir[1].