Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. == Xüsusiyyətləri == Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Viktor Zubkov
Viktor Alekseyeviç Zubkov (15 sentyabr 1941, Arbat[d], Sverdlovsk vilayəti) — Rusiya dövlət xadimi, iqtisadçı, 2007-ci il sentyabrın 14-dən Rusiya Federasiyasının Baş naziri.
İvan Bubnov
İvan Qriqoryeviç Bubnov (18 yanvar 1872, Nijni Novqorod – 13 mart 1919, Petroqrad) — rus gəmiqayırma mühəndisi və alimi. == Həyatı == 1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir. "Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır. == Fəaliyyəti == Bubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir. 1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Valerian Zubov