Uzboy[1] — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir.
Uzboy | |
---|---|
Ölkə | Türkmənistan |
Mənsəbi | Xəzər dənizi |
Uzunluğu | 550 km |
|
Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş[2]
Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş. ş. və 57° ş. u. arasında, qumlu təpələrin arxasında əhəmiyyəti elə də böyük olmayan bir çökəklik görürür. Bu məşhir Uzboydur hansı ki, dünya alimləri arasında böyük mübahisələrə səbəb olmuşdur. O hələdə tam öyrənilməmişdir.»[3]. Hidroloq Vladimir Nikolayeviç Kunin yəqin edir ki, düya tarixində bu ça qədər heç bir çay haqqında yazılmamışdır[2].
1950-ci illərdə SSRİ rəhbərliyi Uzboyun keçmiş yatağını bərpa etmək məqsədi ilə Baş Türmənistan kanalını layihələşdirirlər. Bu layihəyə görə çay (Amudərya) kanala yönəldirərək Krasnovodskiyə yönəldilməli idi. Ancaq bunu gerçəkləşdirmək mümkün olmamışdır. İosif Stalinin ölümündən sonra tikinti işləri dayandırılmış və Qaraqum kanalına üstünlük verilmişdir.
S. P Tolstov 1947-ci ilin sntyabrında Uzboyun quru yatağını araşdırarkən belə fikir irəli sürür ki, «Amudəryanın yatağını dəyişməsi əfsanəsi» XIII—XVI əsrlərdə Sarıqamış gölünə axan qolun üuruması ilə əlaqədar deyilmişdir. Bu isə Monqollar və Teymurilər dönəmində Xazərmdə çoxlu sayda kanalların inşası ilə əlaqədard olmuşdur. Bu isə həqiqi çayların axması illuziyasını yarada bilərdi. Üstəlik bu ölçülərə görə Uzboy Amudərysnın əsas qolu ola bilməzdi. O bu fikirləri ilə geoloqların deyiminə qarşı çıxırdı.[4]
Müasir alimlərin alimlərin fikirinə görə Amudərya Qaraqum səhrası ilə axaraq Aral dənizinə həmdə Sarıqamış gölünə tökülürdü. Sarıqamış gölünün yerləşdiyi çökəkliyin dolması ilə əlaqədar su Xəzər dənizi istiqamətdə yol taparaq axırdı. Çay cəmi 10 min il mövcud olmuşdur. O göstəricilərinə görə Amudəryaya təbii ki usuduzurdu. Çayın tamamən mövcudluğunu təqribi olaraq 2-3 min il öncə itirmişdir[2]