İvan Bubnov

İvan Qriqoryeviç Bubnov (18 yanvar 1872, Nijni Novqorod13 mart 1919[1], Petroqrad) — rus gəmiqayırma mühəndisialimi.[4]

İvan Bubnov
Ivan Grigoryevich Bubnov
Ivan Bubnov, Rusiyalı sualtı mühəndis və konstruktor.
Ivan Bubnov, Rusiyalı sualtı mühəndis və konstruktor.
Doğum tarixi 18 yanvar 1872(1872-01-18)
Doğum yeri
Vəfat tarixi 13 mart 1919(1919-03-13)[1] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tif qızdırması[d]
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Milliyyəti Rus
Elm sahəsi Möhkəmlik
İş yerləri
Mükafatları 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni

1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir.[4]

"Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır.[4]

Bubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir.[4]

1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.[4]

  1. 1 2 Бубнов Иван Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Бубнов, Иван Григорьевич (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1911. Т. 5. С. 131.
  3. 1 2 Бубнов, Иван Григорьевич (rus.). // Больница — Буковина 1927. Т. 7. С. 764–765.
  4. 1 2 3 4 5 Bubnov// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 170. — Səh.: 14. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.