Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neoseiulus inak
Neoseiulus inak (lat. Neoseiulus inak) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. == Etimologiya == İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio (“imtahan”, “təlim” və yaxud “bilik”) sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. == İlkin tədqiqatlar == "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384-322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
İnnab
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir. İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyl etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur.
İznav
İznav (fr. Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01191. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi.
İznik
İznik — Bursanın ilçəsi. == Tarixi == İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Anton Hanak
Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[…], Brno, Sisleytaniya – 7 yanvar 1934[…], Vyana) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş. Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
Astrid İvask
Astrid İvask (7 avqust 1926, Riqa – 24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi. == Həyatı == Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi. O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi. İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım".
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Irmak iyesi
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Konak məscidi
Konak məscidi (türk. Konak Camii) və ya Yalı məscidi — İzmirin Konak ilçəsində, Konak Meydanında, hökumət sarayı qarşısında yerləşən məscid. 18-ci əsrdə klassik Osmanlı memarlığı üslubunda tikilmiş firuzəyi plitələrlə bəzədilmiş məscid Konak Meydanı ilə eyniləşdirilmiş bir tikilidir. Məscidin yanında İzmir saat Qülləsi və 15 May 1919-cu ildə Yunanlar tərəfindən şəhid olan Həsən Təhsin üçün qurulan "İlk kuşun" abidəsi yerləşir. == Tarixi == Məscidin hansı tarixdə, kim tərəfindən tikildiyi barədə dəqiq bir məlumat yoxdur. Tikildiyi dövrdə dəniz kənarında yerləşdiyinə görə "Yalı" adını aldığı deyilir. Bəzi mənbələrdə məscidin tikinti tarixi 1755-ci il olaraq verilmişdir. Bəzi mənbələrdə isə məscidin 1774-cü ildə İzmir ayanı Katipzade Mehmet Paşanın həyat yoldaşı Ayşe Xanımın yanında bir mədrəsə ilə birlikdə inşa etdiyi bildirilir. Katipzadeler ailəsinin əcnəbilərlə də yaxın əlaqələri olduğu bilindiyindən "İngilis Ayşe Məscidi" olaraq da tanınır. Məscidin yanında yerləşdiyi düşünülən mədrəsə isəgünümüzə gəlib çatmamışdır.
Mikael İshak
Mikael İshak (isv. Mikael Ishak) — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur. == Klub karyerası == === Erkən illəri === Mikael İshakın valideynləri əslən Suriyadandır. O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır. === Köln === İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır. O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır. Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır. === Parma === İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.
Nanak Dev
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Rişi Sunak
Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı[d]) — Britaniya dövlət və siyasət xadimi. 25 oktyabr 2022-ci ildən Birləşmiş Krallığın baş naziri, 24 oktyabr 2022-ci ildən Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri. Britaniya tarixində Hindistan əsilli ilk baş nazir olmuşdur. == Erkən həyatı == Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər. Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır. O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.
Sanak adaları
Sanak adaları (ing. Sanak Islands) — Alyaska körfəzindəki yaşayış olmayan adalar qrupudur və Şərqi Aleut adalarının bir hissəsidir. İnzibati cəhətdən onlar Alyaska ştatının bir hissəsidir. Qrupun ən böyük adası Sanakdır. Ən kiçik adası isə Katon adasıdır. Qrupa həmçinin kiçik Long adaları (Sanakın qərbində), Elma (Sanak və Katon arasında) və bir sıra çox kiçik adalar və riflər daxildir.
Sanak adası
Sanak adası (ing. Sanak Island, aleut. Sanaĝax) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Tarixi == 1778-ci ildə Potap Kuzmiç Zaykov «Müqəddəs Vladimir» botunda Sanak adası sahilinə yan alır və adanın iqlimini, təbiətini və coğrafi yerləşməsini qeydə alır. Ada ətrafında iki gəmi qəzası qeydə alınmışdır: birinci 1906, ikinci 1943. Adanın Aleutca adınını ilk dəfə 1826-cı ildə Qavril Sarıçev xəritəyə qeyd etmişdir.
Tikanlı innab