Mikael İshak (isv. Mikael Ishak) — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur.
Mikael İshak | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 mart 1993[1][2] (31 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 184 sm |
Çəkisi | 76 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Mikael İshakın valideynləri əslən Suriyadandır.[5] O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır.
İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır.[6] O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır.[7] Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır.[8]
İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.[9][10]
Mikael İshak 2020-ci ilin iyulunda azad agent kimi Polşanın "Lex Poznan" klubuna transfer olmuşdur.[11] Bu zaman o, UEFA Avropa Liqası oyunlarında da çıxış etmişdir. İshak bu turnirdə klubun bombardiri olmuş, "Benfika" və "Standard Lyej" ilə matçlarda beş qol vurmuşdur.[12]
Lex Poznan
İsveç U-21
Fərdi