Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kipircik
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Kapiçik
Kapiçik — Tiflis quberniyasının Siqnax qəzasında dağ adı. == Toponimkası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Qapıçıq, Ordubad rayonunda Quru Qap, Dağlıq Şirvanda Kapkəz, Qax rayonunda Qapıçay, Balakən rayonunda Qapıdağ və s. toponimlərlə eynidir. Türk dillərində kapu "dar dərənin yarıqlarla doğranmış yuxarı hissəsi", "dağın eroziyalı qayalı yamacları olan dar dərəsi", "dərəyə keçid" və çik- "dar dərə" sözlərindəndir.
Burcu Biricik
Burcu Biricik Tekin (4 may 1989, Elmalı, Antalya ili) — Türkiyə aktrisası. == Həyatı == 4 may 1988-ci ildə Antalyada anadan olub. Köçəri mənşəlidir. 2006-cı ildə Antalyada keçirilən "Miss Mediterranean" gözəllik müsabiqəsində Aralıq dənizi kraliçası seçilib. Orta məktəb illərində qatıldığı teatr festivalında mükafat aldıqdan sonra peşəkar aktyor olmağa qərar verən Biricik, Ege Universitetinin Arxeologiya fakültəsində bakalavr təhsilini tamamladı və eyni zamanda Bornova Bələdiyyəsi Şəhər Teatrında aktyorluq təhsili aldı. Biricik aktrisalıq karyerasına Bornova Bələdiyyəsi Şəhər Teatrında təcrübəçi kimi başlamışdır. Burada o, "İkidən biri", "Qocanın ziyarəti", "Gözümü yumuram", "Vəzifəmi yerinə yetirirəm" və "Yeddi ərli Hörmüz" kimi müxtəlif tamaşalarda rol alıb. O, 2016-cı ildə Emre Yetkinlə ailə həyatı qurub. == Filmoqrafiya == 2007-ci ildə Show TV-də yayımlanan "Macholar" serialındakı yan rolu ilə televiziyada debüt etdi.Daha sonra "Torpaq jurnalı" adlı qısametrajlı film çəkən Biricik 2011-ci ildə Kanal D-də yayımlanan "Artiz Mektebi"nin aktyorluq yarışmasına qatılaraq birinciliyi Alican Aytekinlə bölüşüb. Daha sonra 2011-ci ildə "Möhtəşəm əsr" teleserialında və 2012-ci ildə "Ustura Kamal" serialında kiçik rollar oynayıb.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Dəniz kirpisi
Dəniz kirpiləri (lat. Echinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Müasir növlərindən 940-a yaxını təsnif olunub. == Haqqında == Dəniz kirpiləri ofiurlardan və dəniz ulduzlarından mərkəzi diskin və qol çıxıntılarının olmamasına görə fərqlənir. Dəniz kirpiləri bir qədər sıxılmış şarşəkilli bədən formasına malikdir. Bədənin üzəri çoxlu miqdarda iynələrlə örtülmüşdür. Dəniz kirpilərində ağız oral hissənin mərkəzində yerləşir. Ağızın ətrafında yumşaq dəri ilə örtülmüş peristom hissə yerləşir. Anal dəliyi aboral hissədə, demək olar ki, mərkəzdə yerləşir . Dəniz kirpiləri skeletinin quruluşuna görə səciyyələnir .
Kirpili çayı
Kirpili — Rusiyanın Krasnodar diyarında çay. Çay Kuban-Azov düzənliyin mərkəzindən axır. Çayın uzunluğu— 202 km-dir. Su toplayıcı hövzənin sahəsi isə — 2650 km²-dir. Kirpili sözü türk dillərindən leksema olub körpü deməkdir. == Ümumi məlumat == Kirpili çayının mənbəyi Ust-Labins rayonun Ladojski stansiyasınnda 8 km şimal-qərbdə yerləşən Yujnu qəsəbəsi yaxınlığındadır. Çayın mənsəbini dəqiq müəyyənləşdirmək olmur. Kirpili çayı Kirpili liman bataqlığına tökülür. Bu ərazi Primorsko-Axtarski rayonun Stepnoy stansiyası yaxınlığındadır. Çay suyu öncə bataqlıqla, daha sonra limanla axır.
Kiçicik (roman)
Kiçicik - Orxan Kamalın yazdığı və 1960-cı ildə çap olunmuş romanıdır. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Yoxsulluğu və məhrumiyyəti ən yaxşı təsvir edən yazıçılardan biri olan Orxan Kamalın “Camaşırçı qızı” hekayələrində tükənməz arzularına baxmayaraq, ümidlərini tükənməz arzuları ilə yaşatmağa çalışaraq, reallığın amansız soyuqluğundan qorunmağa çalışan insanlardan danışır.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Amur kirpisi
Amur kirpisi — Amur kirpisi (Erinaceus amurensis), həmçinin Mançuriya kirpisi də adlanır, daha açıq rəngli olsa da, görünüşü və davranışı ilə Avropa kirpisinə bənzəyən kirpidir. Digər kirpilər kimi, ov axtararkən qoxu və eşitmə duyğusundan istifadə edir və "kirpi" adı yem axtararkən etdiyi donuza bənzər homurtulara aiddir. == Təsviri == Bu kirpi Avropa kirpisi ilə yaxından əlaqəlidir və ondan bir qədər böyük və daha açıq rəngdədir, baş və bədən uzunluğu 160 ilə 290 mm (6 və 11 düym) arasındadır və çox qısa quyruğu var. Çəkisi 600 ilə 1000 q (21 və 35 unsiya) arasındadır. Baş, arxa və yanlar uzun, iti tikanlarla örtülmüşdür. Bunlar iki fərqli rəngdədir; bəziləri düz ağdır; digərlərinin ağ və ya sarımtıl-qəhvəyi əsası və ucu, mərkəzi hissəsi isə ortadan tünd qəhvəyi rəngə malikdir və heyvana tamamilə solğun, qəhvəyi-boz rəng verir. Başındakı tüklər bir-birindən çılpaq dərinin ensiz zolaqları ilə ayrılır. Keratinlə örtülmüş tüklər möhkəmdir ki, qırılmasın və yıxılmasın. Bu onurğalar təhlükə zamanı müdafiə mexanizmi kimi istifadə olunur. Kirpi qıvrılaraq topa çevrilir, burada onların tükləri çölə baxır və üzü/başı içəriyə bükülür.
Yaşıl dəniz kirpisi
Şərqi Avropa kirpisi
Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır. == Xarici görünüş == Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir.