Kapiçik — Tiflis quberniyasının Siqnax qəzasında dağ adı.
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Qapıçıq, Ordubad rayonunda Quru Qap, Dağlıq Şirvanda Kapkəz, Qax rayonunda Qapıçay, Balakən rayonunda Qapıdağ və s. toponimlərlə eynidir. Türk dillərində kapu "dar dərənin yarıqlarla doğranmış yuxarı hissəsi", "dağın eroziyalı qayalı yamacları olan dar dərəsi", "dərəyə keçid" və çik- "dar dərə" sözlərindəndir.[1]