Kirpili — Rusiyanın Krasnodar diyarında çay. Çay Kuban-Azov düzənliyin mərkəzindən axır[1]. Çayın uzunluğu— 202 km-dir. Su toplayıcı hövzənin sahəsi isə — 2650 km²-dir[2]. Kirpili sözü türk dillərindən leksema olub körpü deməkdir[3].
Kirpili | |
---|---|
rus. Кирпили | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 65 m |
Mənsəbi | Azov dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 202 km |
Su hövzəsi | Azov dənizi |
Hövzəsinin sahəsi | 2.650 km² |
Qolunun hövzəsi | 2650 |
|
|
DSR[rus.] | 06010000312108000000980 |
Vikianbarda əlaqəli mediafayllar |
Kirpili çayının mənbəyi Ust-Labins rayonun Ladojski stansiyasınnda 8 km şimal-qərbdə yerləşən Yujnu qəsəbəsi yaxınlığındadır. Çayın mənsəbini dəqiq müəyyənləşdirmək olmur. Kirpili çayı Kirpili liman bataqlığına tökülür. Bu ərazi Primorsko-Axtarski rayonun Stepnoy stansiyası yaxınlığındadır. Çay suyu öncə bataqlıqla, daha sonra limanla axır. Daha sonra Axtar limanında Azov dənizinə çatır.
Medvedovskaya kəndi yaxınlığında, onun sol sahil qolu, uzunluğu 37 km olan Koçetı çayı Kirpiliyə birləşir. Timaşevsk şəhəri yaxınlığında kiçik çay Kirpiltsi sağdan Kirpiliyə birləşir.
Kərpili çayı düzənlikdə çoxlu meandr yaradaraq axır. Çay boyu su sevən bitkilər geniş yayılıb.
Novocerelievski stansiyası ərazisində çay çoxlu limanlar və axmazlar yaradıb. Qərbə doğru daha da geniş yayılaraq ərazini bataqlaşırmıdır. Düzənlik ərazilərdə yer altı suların səviyyəsi çox aşağıdır. Bölgədə çoxlu kiçik göllər yaranıb. Bu göllər Azov dənizi sahilləri ilə zəncir vari limanlar sitemini yaradır. Bunlardan ən böyüyü Krpilskidir. Bu liman Karlık və Axtar limanı ilə birlikdə Azov dənizinə birləşir.
Kirpili çayı əsasən atmosfer yağıntıları və yeraltı sularla qidalanır. Çay az sulu və dayazdır.
Kirpili çayının hövzəsində 330[4] bərkidici -qoruyucu tikkililər mövcuddur. Bunlar dambalar, bəndlər və s.-dir. Bu tikililər çayı suvarma və balıq ovu üçün istifadə olunan gölməçələr sisteminə çevirib.
Kirpili çayı üzərində Timaşevsk şəhəri yerləşir. Mənbəyindən mənsəbinə kimi çayın üzərində bir çox kiçik stansiyalar var: Vostoçnaya, Kirpilskaya, Razdolnaya, Platnirovskaya, Serievskaya, Medvedovskaya, Roqovskaya, Novojerelievskaya, Stepnaya və s.