Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolomit
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Dəmir-, manqan- və qurğuşunlu dolomitlər. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər. == Mənşəyi və yayılması == Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir.
Kolosint
Kolosint (lat. Citrullus colocynthis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü.
Kolett
Kolett, tam adı Sidoni-Qabriel Kolett (fr. Sidonie-Gabrielle Colette; 28 yanvar 1873[…], Sen-Sovyor-an-Pyuize[d] – 3 avqust 1954[…], Paris) — fransız yazıçısı, Belle Époque-un ulduzlarından biri; 1945-ci ildən Qonkur akademiyasının üzvü. == Bioqrafiyası == Məmurun qızı, Burqundiyada doğulub böyümüşdür. 1893-cü ildə "Villi" təxəllüsü ilə tanınan o vaxtkı populyar yazıçı, jurnalist, musiqi tənqidçisi Anri Qotye-Villar (1859-1931) ilə evləndi. Onu paytaxtın ədəbi və bədii dairələri ilə tanış etdi, eyni zamanda utancsızlıqla "ədəbi neqr" olaraq istifadə etdi: 1896-cı ildən Kolett onun üçün "Klodine" haqqında təxəllüsü ilə nəşr etdirdiyi bir sıra avtobioqrafik roman yazdı. Öz təxəllüsü altında Kolett yalnız 1904-cü ildə nəşr etməyə başladı. Həyat yoldaşından uzaqlaşaraq öz yolunu axtarır, 1906-cı ildən musiqi salonunda, Marin teatrında, Mulin Ruj və s. müzikllarda çıxış etməyə başlayır. Sonra ərindən boşanır, qadınlarla bir neçə roman (həyat yoldaşı, yazıçı və aktrisa da daxil olmaqla Matilda de Morni, markiz de Belbyoff, Missi adı ilə çox tanınmayan, Poler təxəllüsü ilə çıxış edən aktrisa və müğənni Emili-Mari Buşo) və kişilər (bunların arasında - Qabriel d'Annunzio, məşhur boksçu və oyunçu Oqüst Olimp Erno və s.) yaşayır. Mulin Ruj səhnəsindəki "Misir xəyalları" pantomimasında (1907) Matilda de Morni ilə açıq öpüşməsi paytaxtda çox səs-küyə və polis prefekturasının müdaxiləsinə səbəb olmuşdur.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Bolotin (Avurğazı)
Bolotin (başq. Болотин, rus. Болотино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukaev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 24 km, kənd sovetliyindən (Tukay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 8 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (57%) üstünlük təşkil edir.
Kolomikt aktinidiyası
Kolomikt aktinidiyası (lat. Actinidia kolomikta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır. == Botaniki təsviri == 15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir.
Kolonist parkı
Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən - 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır. == Tarix == Başlanğıcda bu ərazilər "Ovçu bataqlığı" adı ilə tanınırdı, lakin 1830-cu ildən burada alman kolonistləri üçün evlər inşa edilmiş və yeni park onların şərəfinə "Kolonist" adlanmışdı. Parkın böyük hissəsini 1837-1838-ci illərdə keçmiş Ovçu bataqlığının yerində qazılmış və I Nikolayın qızı Olqanın şərəfinə adlanan gölməçə tutur. Onun sahili buzlaq daşı və bəndlərlə bərkidilmiş və üzərində böyük xiyaban salınmışdı. Olqa gölməçəsindəki adalarda "Olqa" və "Çariçin" pavilyonları yerləşir. Böyük Vətən müharibəsində pavilyonlar güclü dağıntıya məruz qalmışdı. Onların bərpa və yenidənqurma işləri yalnız 2001-ci ildə başlamış və 4 il davam etmişdi. == Çariçin pavilyonu == Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A.Ştakenşneyderin layihəsi əsasında 1842—1844-cü illərdə tikilmişdir.
Koltiş adaları
Koltiş adaları — Xəzər dənizində yerləşən Azərbaycana məxsus adalar qrupu. Koltiş qrupu kiçik adalardan ibarətdir. Relyefi düzənlikdir və hündürlüyü 1 metri keçmir. Kiçik Tava adasından şərqdə yerləşir.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. == Dizayn == Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. == Törədicisi == lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. == Diaqnostikası == Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.