Kolomikt aktinidiyası (lat. Actinidia kolomikta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü.
Kolomikt aktinidiyası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kolomikt aktinidiyası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır.
15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir. İyunun ikinci ongünlüyündə çiçəkləyir. Çiçəkləmə müddəti 20 gün davam edir. Meyvəsi giləmeyvədir. Açıq-şabalıdı, narıncı, sarı və yaşıl meyvələri uzunsov, silindrik, yumurtavari və yumru formadadır, uzunluğu 2–7 sm, eni 1–3 sm olur. Meyvələri sentyabrın ortalarında yetişir. Hər meyvədə çoxlu tünd-şabalıdı, yaxud açıq-qara toxumu olur. Vegetativ yolla yaxşı çoxalır.
Şaxtaya, rütubətə davamlı, torpağa az tələbkardır. Əlverişli şəraitdə 80–100 ilədək yaşayır.
Cənub bölgəsində, Qubada mədəni şəraitdə becərilir.
Şəhər və qəsəbələrin şaquli yaşıllıqlarında istfadə oluna bilər. Meyvələr üzvi turşularla, şəkər və C vitamini ilə zəngindir. Ondan şirə, kompot, mürəbbə, cem, püre və s. hazırlanır.