Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koldevey adası
Koldevey adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adanın səthi hamardır. Ən hündür zirvə 66 metrdir. Ondan bir qədər aralıda 6 metrlik iki qaya vardır. Adanın 54 metrlik ikinci zirvəsi cənubda yerləşir. Adada göl yoxdur. Bir axara sahibdir. Şimalında yerləşən sıldırımlı qayadan bir qədər aralıda Şyonau adası yerləşir. Üçbucağa bənzəyir.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Store Koldevey adası
Store Koldevey adası (dan. Store Koldewey) — Qrenlandiyanın şimal-şərqində yerləşən nisbətən iri ada. Adanın sahəsi 615 km². == Coğrafiya == Ada şimaldan cənuba 50 mil uzunluğa malik olduğu halda, şərqdən qərbə eni 8 milə belə çatmır. Cənub qutaracağında Alf Trolle, şimalında isə Helqoland burnu yerləşir. Onun ərazisinin böyük hissəsini plato təşkil edir. Platonun hündürlüyü 2000 - 3100 fut arasında dəyişir. == Tarixi == Ada İkinci Alman Qütb Ekspedisiyası zamanı, 1869—1870-ci illərdə kəşf edilmişdir. Ada ekspedisiyanın rəhbəri olmuş Karl Koldeveyin şərəfinə adlandırılmışdır. Ekspedisiyanın xəritəsində 3 ada təsvir edilmişdir.