Store Koldevey adası (dan. Store Koldewey) — Qrenlandiyanın şimal-şərqində yerləşən nisbətən iri ada. Adanın sahəsi 615 km²[1].
Store Koldevey adası | |
---|---|
dan. Store Koldewey | |
Ümumi məlumatlar | |
Sahəsi | 615 km² |
Uzunluğu |
|
Eni | 10 km |
Hündür nöqtəsi | 971 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
76°22′ şm. e. 18°51′ q. u. | |
Ölkə | Danimarka |
Region |
|
Akvatoriya | |
|
Ada şimaldan cənuba 50 mil uzunluğa malik olduğu halda, şərqdən qərbə eni 8 milə belə çatmır. Cənub qutaracağında Alf Trolle, şimalında isə Helqoland burnu yerləşir. Onun ərazisinin böyük hissəsini plato təşkil edir. Platonun hündürlüyü 2000 - 3100 fut arasında dəyişir.
Ada İkinci Alman Qütb Ekspedisiyası zamanı, 1869—1870-ci illərdə kəşf edilmişdir. Ada ekspedisiyanın rəhbəri olmuş Karl Koldeveyin şərəfinə adlandırılmışdır. Ekspedisiyanın xəritəsində 3 ada təsvir edilmişdir. Ancaq 1906—1908-ci illərdə danimarkalıların təşkil etdikləri ekspedisya zamanı onun bir olması müəyyən edilir. 1927-ci ildə Lauqe Kox adanı xizəkdə ziyarət etmişdir. 1933-cü ildə isə adadan 3 illik danimarka ekjspedisyası bitki nümunələri toplamışdır. Ada 1938—1939-cu illərdə norveç-fransız müştərək ekspedisiyasının araşdırma zomnasına daxil olmuşdur[2].