Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Kopaida
Kopaida və ya Kopais (q.yun. Κωπαΐς; yun. Κωπαΐδα) — Mərkəzi Yunanıstanda, Beotiya düzənliyində yerləşən keçmiş göl. XIX əsrin sonlarında göl qurumuşdur. Bir zamanlar göldə yerləşən adada melaqit vardı. Homerin Arne adlandırdığı şəhərin burada yerləməsi ehtimal edilir. == Quruması == Göl mövcud olduğu dövrdə onun sahillərində Qaliartos, Orxomenos və Xeroniya adlı şəhərlər mövcud olmuşdur. Gölə Kifisos, Termessus və Triton çayları tökülür. Göl ətrafında geniş əkin sahələri vardı. Göl daşarkən bu sahələri su basırdı.
Kotatsu
Kotatsu (kotatsu (炬燵)) — bir aşağı, ağacdan masa çərçivəsidir ki, bir ağır yorğan ilə əhatə olunur bunun üzərinə bir masa üstü oturur. Altında bir istilik mənbəyi var, ki çox vaxt masanın öz daxilində yerləştirilib.Kotatsu demək olar ki, yalnız Yaponiyada istifadə olunur, baxmayaraq ki oxşar cihazlar digər yerlərdə istifadə olunur.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Koypasa şoranlığı
Koypasa şoranlığı (isp. Salar de Coipasa) — şoranlıq Boliviya və Çili sərhədində, Oruro departamenti və Tarapaka vilayəti əerazisində yerləşir. 3680 metr hündürlüyə malikdir. Sahəsi 2218 km²-dir ki, bununda cəmi 25 % Çili ərazisinə düşür. Şorun qalınlığı 100 metrdir. Koypasa şoranlığı sahəsinə görə Boliviyanın Uyuni şoranlığından sonra ikincidir. Poopo gölündən qidalanan Koypasa gölü bütünlüklə Koypasa şoranlığı ilə əhsatələnmişdir. == Mənbə == Vikianbarda Koypasa şoranlığı ilə əlaqəli mediafayllar var.
Lidia Kopania
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. == Tarixi == Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Kodanşa ABŞ
Kodanşa ABŞ Nəşriyyat MMC (ing. Kodansha USA Publishing, LLC) — Nyu-York mərkəzli nəşriyyat şirkəti. Yaponiyanın ən böyük naşiri Kodanşanın alt qurumudur. 2008-ci ilin iyulunda əsası qoyulan Kodanşa ABŞ şirkəti Yaponiya və yapon mədəniyyəti ilə əlaqədar kitablar və Kodanşa Manqa imprintinin (əvvəllər Kodanşa Komikslər) adı altında manqalar çap etməkdədir.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Minoru Kobata
Minoru Kobata (d. 24 noyabr 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Zla Kolata
Zla Kolata (mont. Зла Колата, Zla Kolata; alb. Kolata e Keq) — 2534 metrə malik olan Albaniya ilə Monteneqro arasında yerləşən zirvə. Prokletie dağları massivində yerləşir. Zla Kolata Monteneqronun ən hündür zirvəsidir. == Fiziki-coğrafi göstəriciləri == Zla Kolata Albaniya ilə Monteneqro arasındakı sərhəddə yerləşir. Albaniya tərəfdən Tropoya dairəsi, Monteneqro tərəfdən isə Kukes vilayəti ərazisinə daxildir. Albaniya tərəfdən zirvəyə ən yaxın yaşayış məntəqəsi Valbona şəhəridir. Şəhər zirvədən 4 km cənub-şərqdə yerləşir. Monteneqro tərəfdən isə ən yaxın yaşayış məntəqəsi Qusine şəhəridir ki, oda zirvədən 10 km qərbdə yerləşir.
Şiho Kohata
Şiho Kohata (d. 12 noyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yevgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.