Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi.
Yevgeniya Lopata | |
---|---|
Doğum tarixi | 1 noyabr 1994 (28 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, mədəniyyət meneceri[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur.
Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır[1].
2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir[2].
2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir[3].
Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir.
Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.