Zla Kolata

Zla Kolata (mont. Зла Колата, Zla Kolata; alb. Kolata e Keq) — 2534 metrə malik olan Albaniya ilə Monteneqro arasında yerləşən zirvə. Prokletie dağları massivində yerləşir. Zla Kolata Monteneqronun ən hündür zirvəsidir.

Zla Kolata
mont. Зла Колата, Zla Kolata
Ümumi məlumatlar
Dağ silsiləsi Prokletie dağları
Mütləq hündürlüyü 2534[1]
Nisbi hündürlüyü 54 m[2]
Yerləşməsi
42°29′20″ şm. e. 19°53′50″ ş. u.HGYO
Ölkələr
Zla Kolata xəritədə
Zla Kolata
Zla Kolata
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiziki-coğrafi göstəriciləri

[redaktə | mənbəni redaktə et]
Zla Kolatanın şimal yamacı

Zla Kolata Albaniya ilə Monteneqro arasındakı sərhəddə yerləşir. Albaniya tərəfdən Tropoya dairəsi, Monteneqro tərəfdən isə Kukes vilayəti ərazisinə daxildir. Albaniya tərəfdən zirvəyə ən yaxın yaşayış məntəqəsi Valbona şəhəridir. Şəhər zirvədən 4 km cənub-şərqdə yerləşir. Monteneqro tərəfdən isə ən yaxın yaşayış məntəqəsi Qusine şəhəridir ki, oda zirvədən 10 km qərbdə yerləşir. Qusine adətən dağa çıxışın start nöqtəsi hesab edilir.

Zla Kolata Kolata massivinin ən hündür ikinci zirvəsidir. Massivin ən hündür zirvəsi Maya Kolatadır ki (Maja e Kollatës və ya montenqroca Ravna Kolata) onun hündürlüyü 2552 metrdir. Bu zirvə bütünlüklə Albaniya ərazisində yerləşir. Sərhəddən 1 km aralıdadır. Zla Kolata Valbonatals çayının ( Valbonatals ) şimalındakı ərazidə yerləşir.

Zirvə adının tərcüməsi «Pis (Hirsli) Kolata» mənasını verir. Digər zirvə olan «Kolata Dobra» Zla Kolata zirvəsindən 100 metr şimal-şərqdə yerləşir. 2526 m hündürlüyü olan zirvə Monteneqronun ikinci ən böyük dağıdır. Bu zirvə çox vaxt ayrı götürülmür. Zla Kolatanın bir parçası hesab edilir. Beləki onun nisbi hündürlüyü 110 metrdir[3].

Bəzən Monteneqronun ən hündür zirvəsi Bobotov-Kuk dağı götürülür. Zirvə Durmitor Milli Parkı ərazisində 2523 metr yüksəklikdə yerləşir[4]. Görünür bu onunla əlaqəlidir ki, Zla Kolatadan fərqli olaraq Bobotov-Kuk dağı bütünlüklə Monteneqro ərazisində yerləşir. Bəziləri isə Zla Kolatanın bu dağdan kiçik olasını düşünməsi ilə əlaqədardır. Alpinistlər tərəfindən aparılan son ölçmələr onu göstərir ki, Zla Kolata Bobotov-Kuk dağından 11 m hündürdür.

Təbiəti qoruma

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Monteneqro hökuməti Prokletie Milli parkının təşkili haqqında bəyan edirlər. Bura eyni adlı massivin ərazisi daxil olacaqdır. Park ərazisinə Zla Kolata və Dobra kolata zirvələri də daxildir[5][6].

2012-ci ilin avqustunda Zla Kolata zirvəsinə çıxmaq istəyən iki çex alpinist 400 metr yüksəklikdən düşərək həlak olmuşlar[7].

  1. "Zla Kolata" (çex). horyevropy.cz. 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
  2. https://www.peakbagger.com/peak.aspx?pid=30157.
  3. "Dobre Kolata, Montenegro" (ingilis). peakbagger.com. 2016-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
  4. "Montenegro in figures" (PDF) (ingilis). monstat.org. 2017-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-12.
  5. "Feasibility study on establishing a transboundary protected area. Prokletije / Bjeshkët e Nemuna mountains" (PDF) (ingilis). unep.at. 2013-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-12.
  6. "National Parks of Montenegro, new IUCN member" (ingilis). iucn.org. 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
  7. "V Černé Hoře zahynuli dva Češi, otec a syn se zřítili ze 400 metrů" (çex). zpravy.idnes.cz/. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.