Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bosniya
Bosniya (bosn. Bosna, serb. Босна, xorv. Bosna) — Bosniya və Herseqovinanın böyük bir hissəsini təşkil edən tarixi vilayəti. Dinar öndağlığı ilə Ortadunay çökəkliyi ilə ayrılır. Bosinyanın sahəsi 41 min km² təşkil edir. Bu isə Bosniya və Herseqovinanın 80 % ərazisini təşkil edir. Ölkənin cənub hissəsində isə Hersoqovina vilayəti qərarlaşır. Bosniya və Hersoqovina vilayətləri arasında sərhəd dəqiq bəlli olmasa belə İvan-Planinə görə götürülür. Hər iki vilayət orta əsrlərdən bir-biri ilə sıx bağlıdır.
Keşniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Koşenil
Koşinya
Koşinya (Coxinha) - Braziliyaya xas yemək. İçərisində toyuq olan unun xaricinin qalet unu ilə örtülməsi ilə hazırlanır. İçərisindəki toyuq adətən qaynadılmış şəkildə olur.
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Aleksey Kopnin
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Bosniya Krallığı
Bosniya krallığı (bosn. Bosansko kraljevstvo, serb. Краљевина Босна, xorv. Kraljevina Bosna) — Balkan yarımadasının ərazisində, XIV əsrin ikinci yarısından XV əsrin ikinci yarısına qədər mövcud olmuş tarixi dövlət. I Tvrtkonun hakimiyyət illərində (1377–1391) krallıq Balkan yarımadasının ən güçlü dövlətlərindən biri olmuşdur. Mövcudluğunu Osmanlı imperiyası (1463) tərəfindən varlığına son qoyulmuşdur. 1495–1499-ci illər ərzində Bosniya kralı titulunu Yanoş Korvin daşımışdır. O, Macarıstan kralı I Matyaşın oğlu idi. == Tarixi == === XIV əsr === 1353-ci ildə Bosniya banatının Banı 15 I Tvrtko olmuşdur. 1363-ci ildə o, Macarıstan kralı I Böyük Layoşa qarşı müharibəyə başlayır.
Bosniya Posavinası
Bosniya Posavinası — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən region. Sava çayının cənub sahilində yerləşən iri bir düzənlik. Şimaldan çayla, şimal-qərbdən Motayisa, cənubdan Ozren və Trebava, cənub-şərqdən Maevisa dağları ilə əhatələnmişdir. Bosniya və Herseqovinanın daxili regionları ilə Bosna çayının vadisi, Doboy və Vranduk dərələri ilə keçid vardır. Qərb hissədə isə Ukrina çayının vadisi bu funlksiyanı yerinə yetirir. Faktiki olaraq regionun böyük hissəsi Serb Respublikasının ərazisinə düşür. Bununla belə bura Posav kantonunun iki dairəsidə daxildir. == İqtisadiyyat == Bosniya müharibəsinə qədər xüsusi ilə son on il ərzində region Bosniya və Herseqovinanın ən inkişaf etmiş bölgələrindən biri idi. Bura ölkənin vacib kənd təsərrüfatı, sənaye regionlarından olmuşdur. Region su və meşə resursları ilə zəngindir.
Bosniya böhranı
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır. Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır. == Dövlətlərin münasibəti == === Fransa === Fransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.
Bosniya dili
Bosniya dili — Bosniya və Herseqovinanın rəsmi dili. Bosniya dili serb-xorvat dilinin regional variantı sayılır.
Bosniya diyarı
Bosniya diyarı (serb. Босанска Крајина, bosn. Bosanska Krajina, xorv. Bosanska krajina) — Bosniya və Herseqovinanın şimal-qərbində yerləşmiş tarixi vilayət. Vilayət üç çay ilə əhatələnmişdi — Sava, Una və Bras. Üstəlik həmdə Bosniya və Herseqovinanın tarixi, iqtisadi və mədəni subyekti. Hazırda diyar ərazisi Bosniya və Herseqovinanın iki subyekti arasında bölünmüş halındadır: Serb Respublikası və Bosniya və Herseqovina Federasiyası. Bosniya diyarının şimal-qərbi həmdə Boxaç diyarı olaraq tanınır. Bu isə eyni adlı (bosn. Bihaćka Krajina) Bixaç şəhərindən götürülmüşdür.
Bosniya müharibəsi
Bosniya müharibəsi — Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. Döyüşün tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. 3 ildən artıq davam edən bu müharibədə 200.000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarında görə bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti müsəlman bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı xarakteri daşıyırdı[mənbə göstərin].
Bosniya soyqırımı
Bosniyalı Soyqırımı — Bosniya və Herseqovinada 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlardır. Bosniya serblərinin nəzarətində olan ərazilərdə baş verən etnik təmizləmə kampaniyası Bosniya müsəlmanları və Bosniya xorvatlarını hədəf aldı. Etnik təmizləmə kampaniyasına məhkumetmə, qanunsuz həbs, kütləvi təcavüz, cinsi təcavüz, işgəncə, şəxsi və ictimai əmlakın talan edilməsi və məhv edilməsi, mülki şəxslərə qarşı qeyri-insani rəftar; siyasi liderlərin, ziyalıların və mütəxəssislərin hədəf alınması; mülki şəxslərin qanunsuz deportasiyası və köçürülməsi; mülki şəxslərin qanunsuz atəşə tutulması; daşınmaz və şəxsi əmlakın qanunsuz mənimsənilməsi və talan edilməsi; evlərin və müəssisələrin dağıdılması; və ibadət yerlərinin dağıdılması daxil idi. Niyyət Bosniya müsəlmanlarını məhv etmək olduğuna görə, bu hadisələrə soyqırım adı verilmişdir.
Bosniya vilayəti
Bosniya vilayəti — əsasən Bosniya və Herseqovina dövlətinin bugünkü ərazisi də daxil olmaqla Osmanlı imperiyasının birinci səviyyəli inzibati vilayətlərindən olub. Bu vilayət, cənubdan Kosovo vilayəti ilə həmsərhəd idi. 1867-ci il inzibati islahatlarından əvvəl vilayət Bosniya əyaləti adlandırılıb. 19-cu əsrin sonlarında olan məlumata görə, vilayətin 46000 km² sahəsi var idi. 1878-ci ildə Avstriya-Macarıstanın Bosniya və Hersoqovinanı işğal etməsindən sonra, Osmanlı vilayəti kimi fəaliyyətini dayandırsa da, formal olaraq Avstriya-Macarıstan tərəfindən idarə olunmasına baxmayaraq, 1908-ci ilə qədər daha otuz il öz mövcudluğunu saxlayıb. 1908-ci ildə Avstriya-Macarıstan rəsmən vilayəti öz ərazisinə birləşdirdi. == İnzibati ərazi vahidləri == Vilayətin sancaqları: Bosniya sancağı İzvornik sancağı Herseqovina sancağı Travnik sancağı Bihaç sancağı == İstinadlar == == Xarici keçidlər == Palairet, Michael R.. „The Balkan Economies c.1800-1914: Evolution without Development“.
Bosniya əyaləti
Bosniya əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Cichorium cosnia
Adi kasnı (lat. Cichorium intybus) – kasnı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi dikduran, hündürlüyü 20-125 sm, aşağı hissədə tüklü, şırımlı, açıq budaqlıdır. Bəzi bölgələrdə çırtlıq (çırtdıq) adlandırılan bu bitkinin aşağı yarpaqları uzunsov-lansetvari, oyüqlu, lələkvarı bölümlü, hər iki tərəfdən nahamar-tüklüdür. Gövdəyanı yarpaqları seyrək, oturaq, gövdəni bürüyən, yuxarı yarpaqlar xırda, bütöv, lansetvari, ucubizdir. Səbətləri 10 mm yaxın uzunluqda, gövdə yarpaqların qoltuğunda tək-tək və ya dəstəşəklində yerləşir. Çiçəkləri mavi rəngdə, sarğıdan 2-3 dəfə uzundur. Toxumcaları 2-3 mm uzunluqda, tərsyumurtavari, açıq rəngdən qara rəngə kimi; kəkili çox qısa nazik pərdələrdən ibarətdir. == Yayılması == BQ bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışır.
Ebbi Korniş
Ebbi Korniş — avstraliyalı Hollivud aktrisası və repçi. 13 yaşında fotomodel olub, 15 yaşından isə filmlərə çəkilməyə başlayıb. 1997-ci ildən 1999-cu ilə qədər "Vəhşi tərəf" serialının yeddi epizodunda rol alıb. 2001-ci ildə "Outriders" serialında baş rolu oynayıb. "Kendi" (2006), "Yaxşı il" (2006), "Parlaq ulduz" (2009), "Qadağan olunmuş fənd" (2011), "Biz sevgiyə inanırıq" (2011), "Robokop" (2014) filmlərindəki rolları ilə şöhrət qazanıb. == Bioqrafiyası == === Uşaqlıq illəri === Ebbi Korniş, 7 avqust 1982-ci ildə, Avstraliyanın, Yeni Cənubi Uels əyalətində, Şilley və Berri Kornişlərin beş övladlarından ikincisi olaraq dünyaya gəlib.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Kosmik biologiya
Kоsmik biоlоgiya (kosmobiologiya) - kоsmik fəzada, kosmik gəmilərdə uçuşlar zamanı canlılarda gedən prоsesləri, оnların Yer şəraitindən fərqini, çəkisiz mühitin orqanizmə üzərində təsirini, insanın qida və оksigenlə təchiz оlunmasını, tullantılardan təkrar istifadə etmək kimi prоblemləri öyrənir. Kosmobiologiya insanın kоsmоsu tədqiqi ilə əlaqədar XX əsrdə yaranmış bir elm sahəsidir.