Bosniya diyarı (serb. Босанска Крајина, bosn. Bosanska Krajina, xorv. Bosanska krajina) — Bosniya və Herseqovinanın şimal-qərbində yerləşmiş tarixi vilayət. Vilayət üç çay ilə əhatələnmişdi — Sava, Una və Bras. Üstəlik həm də Bosniya və Herseqovinanın tarixi, iqtisadi və mədəni subyekti.
Hazırda diyar ərazisi Bosniya və Herseqovinanın iki subyekti arasında bölünmüş halındadır: Serb Respublikası və Bosniya və Herseqovina Federasiyası.
Bosniya diyarının şimal-qərbi həm də Boxaç diyarı olaraq tanınır. Bu isə eyni adlı (bosn. Bihaćka Krajina) Bixaç şəhərindən götürülmüşdür.
Bosniya vilayətinin əhalisi (1991 il.):
1683–1690-ci illərdə Osmanlı imperiyası ilə Avtriya-Macarıstan imperiyası arasında baş vermiş müharibəsində Macarıstan və Sloveniya Habsburqların nəzarətinə keçmişdir. Bosniyanın şimal və qərb hissəsi "Bosniya dövləti" Habsburqlar və Osmanlılar arasında bölünür. Habsburqlar bölgəni kapitanlığa bölmüşdürlər. Hər kapitanlıq hərbi qüvvələrə sahibdir. Regionda yaşayan serb cobanlar Habsburqlar imperiyasına qarşı əsas qüvvələrə çevrilmişdir. Bu dövrdən serblər Bosniya diyarında üstünlük təşkil etmişdir. Sava, Una və Brbad çaylarının vadisi avropa ədəbiyyatında XVIII və XIX əsrlərdə Türk Xorvatiyası adlanırdı. "Kraina" adı (Diyar) türklər tərəfindən verilmiş və avtriya, italyan, alman və holland xəritəçilər tərəfindən xəritəyə salınmışdır. 1860-ci ildə bölgənin provaslav əhalisinin etirazı ilə "Türk Xorvatiyası"[1][2][3] "Bosniya diyarı" olaraq adlandırılmışdır. Bu ad ilk dəfə xəritələrdə 1869-cu ilə aiddir. Bosniya kapitanları öz titullarını və torpaqlarını saxlamaqla bosnaklar arasında ən varlı qruplardan birinə çevrilmişdir. Diyar 1875–1878-ci illər serb hərəkatının mərkəzinə çevrilmişdir. Üsyan zamanı 150 000 insan həlak olmuşdur. Bu isə o zaman Bosniya və Herseqovinanın 1 100 000 əhalisinin 13 % təşkil edirdi.
Son yüz illikdə isə Bosniya diyarı antifaşist dirənişi ilə tanınır. Bu bölgə Yuqoslaviyanın istənilən ərazisinə nisbətdə qarışın etnik tərkibə sahib partizan qüvvələri vardı.
Donji Kraj, the later Krajina, Kraina or Turkish Croatia, in the north-west
Schimek's Map of the Turkish Croatia, 1788. (Facsimile from Marković 1998). "Turkisch Croatien"