Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kremnitsa
Kremnitsa (slovak. Kremnica, alm. Kremnitz‎, mac. Körmöcbánya) — Slovakiyanın mərkəzində, Kremnitsa dağının ətəyində yerləşən şəhər. Əhalisi təxminən 6 min nəfərdir. == Tarixi == Kremnitsa yaxınlığında ilk qızıl hasilatı X əsrdə aparılmışdır. Təxminən, elə o illərdə Kremnitsabanya yaşayış məntəqəsi yaranmışdır. Rəvayətə görə, ovçular bu yerdə bıldırçin quşunu tutmuşdular ki, onun ayaqları üzərində qızıl qumdan ibarət dənəciklər tapdılar. Son qızıl 1970-ci ildə hasil edildi. XIII əsrdə Kremnitsada əzəmətli müdafiə qalası inşa edildi.
Kremnitsa zərbxanası
Kremnitsa zərbxanası (slovak. Mincovňa Kremnica) — Kremnitsa şəhərində yerləşən Slovakiya Dövlət Zərbxanası. Dünyanın ən qədim dövlət müəssisələri və ən qədim zərbxanalarından biridir. == Tarixi == 17 noyabr 1328-ci ildə, azad kral mədən şəhəri statusu ilə yanaşı, Kremnitsa Macarıstan kralı Karl Robertdən zərbxana açma imtiyazını aldı. İlk sikkələr Florensiya zərbxanası modelində kəsilirdi və florin adlanırdı. Daha sonra dukat sikkəsinin zərb edilməsi başlandı. Qızılın davamlı yüksək əyarına (986) görə Avropada geniş tanınırdı və kütləsi 3,49 q idi. Bu dukatlar uzun müddət Mərkəzi Avropanın ən sərt valyutası hesab olunurdu. XX əsrin əvvəllərində zərbxananın avadanlığı çox köhnəlmişdi, hətta Budapeştə köçürülməsi üçün təkliflər var idi. Ancaq Birinci Dünya müharibəsi başa çatmadan bu baş vermədi.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Kenita Mahayka