Kremnitsa zərbxanası

Kremnitsa zərbxanası (slovak. Mincovňa Kremnica) — Kremnitsa şəhərində yerləşən Slovakiya Dövlət Zərbxanası. Dünyanın ən qədim dövlət müəssisələri və ən qədim zərbxanalarından biridir.

Kremnitsa zərbxanası
Mincovňa Kremnica
Ümumi məlumatlar
Sənaye Metal emalı
Məhsulları sikkə, medal, döş nişanı
Təsis tarixi 17 noyabr 1328, XV əsr[1]
Baş qərargahın yeri Kremnitsa, Slovakiya
mint.sk/onas.php
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kremntisada zərb olunmuş və dövriyyəyə buraxılan sonuncu tokat (1881)
İnqilab zamanı zərb olunan 10 kreytser (1848)

17 noyabr 1328-ci ildə, azad kral mədən şəhəri statusu ilə yanaşı, Kremnitsa Macarıstan kralı Karl Robertdən zərbxana açma imtiyazını aldı.[2] İlk sikkələr Florensiya zərbxanası modelində kəsilirdi və florin adlanırdı. Daha sonra dukat sikkəsinin zərb edilməsi başlandı. Qızılın davamlı yüksək əyarına (986) görə Avropada geniş tanınırdı və kütləsi 3,49 q idi. Bu dukatlar uzun müddət Mərkəzi Avropanın ən sərt valyutası hesab olunurdu.[2]

XX əsrin əvvəllərində zərbxananın avadanlığı çox köhnəlmişdi, hətta Budapeştə köçürülməsi üçün təkliflər var idi. Ancaq Birinci Dünya müharibəsi başa çatmadan bu baş vermədi. Çex qoşunları Şimali Macarıstana daxil olduğdan sonra Mixael Karolinin hökuməti, paytaxt Budapeştə avadanlıq və qiymətli metalların tədarükünü əmr etdi.

Avro qəpikləri

Kremnitsada yalnız boş tikililər qaldığından Çexoslovakiya hökuməti zərbxananı "sıfırdan" təchiz etməli idi. Yeni avadanlığın quraşdırılması 1921-ci ildə başlandı. O vaxtdan bəri, Kremnitsa zərbxanası Çexoslovakiya və başqa 25 ölkə üçün sikkələr zərb edirdi. Çexoslovakiya ərazisində bir dənə zərbxana olduğundan, Bohemiya və Moraviya protektoratlığı (1939—1945) Üçüncü Reyxdə zərb edilmiş sikkələrdən istifadə edirdi, müstəqil Çex Respublikası isə 1993-cü ildə öz zərbxanasını qurdu.[3].

İndiki dövrdə

[redaktə | mənbəni redaktə et]

İndiki dövrdə zərbxana dünyanın bir sıra ölkələri üçün sikkələr hazırlayır, onlar içərisində slovak avroları da daxildir. Ayrıca burada xatirə lövhələri, döş nişanları, asmalar, möhürlər və s. hazırlanır. Kremnitsada 1 iyul 2016-cı ildə dövriyyəyə buraxılan Belarus sikkələri zərb olunmuşdur.[2]

  1. https://data.gov.sk/dataset.
  2. 1 2 3 http://www.mint.sk/onas_historia.php Arxivləşdirilib 2020-09-25 at the Wayback Machine Mincovňa Kremnica - História spoločnosti
  3. "Company Profile | About Us". Česká mincovna. 2011-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]