Kremnitsa

Kremnitsa (slovak. Kremnica, alm. Kremnitz‎, mac. Körmöcbánya) — Slovakiyanın mərkəzində, Kremnitsa dağının ətəyində yerləşən şəhər.

Kremnitsa
Kremnica
Bayraq Gerb
Bayraq Gerb
48°42′16″ şm. e. 18°55′06″ ş. u.HGYO
Ölkə
[[Diyar]] Banska Bistritsa diyarı
Tarixi və coğrafiyası
Əsası qoyulub 1328
İlk məlumat 1328
Sahəsi
  • 43,136 km²
Mərkəzin hündürlüyü 550 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.934 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 45
Poçt indeksi 967 01
Nəqliyyat kodu ZH
Digər
kremnica.sk
Xəritəni göstər/gizlə
Kremnitsa xəritədə
Kremnitsa
Kremnitsa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi təxminən 6 min nəfərdir.

Kremnitsa qalası

Kremnitsa yaxınlığında ilk qızıl hasilatı X əsrdə aparılmışdır. Təxminən, elə o illərdə Kremnitsabanya yaşayış məntəqəsi yaranmışdır. Rəvayətə görə, ovçular bu yerdə bıldırçin quşunu tutmuşdular ki, onun ayaqları üzərində qızıl qumdan ibarət dənəciklər tapdılar. Son qızıl 1970-ci ildə hasil edildi.

XIII əsrdə Kremnitsada əzəmətli müdafiə qalası inşa edildi. 1328-ci ildə Macarıstan kralı Karl Robert Kremnitsaya azad kral şəhəri statusu verilir və burada zərbxana açılır. Kremnitsa dukatları orta əsr Avropasında hörmətə malik pul vahidi idi. Qızıl Kremnitsaya sərvət və şöhrət gətirdi. Slovakiya avrozonaya daxil olmamazdan əvvəl burada hələ də krona sikkəsinin zərbi davam edirdi. Hazırda Kremnitsa Slovakiyanın ən məşhur turizm yerlərindən biridir.

  1. The 2021 Population and Housing Census. Bratislava: Statistical Office of the Slovak Republic.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]