Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. == Ailəsi və evliliyi == Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
Crupina
Crupina (lat. Crupina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Crupina crupinastrum (Moris) Vis. Crupina intermedia (Mutel) Briq. & Cavill. Crupina vulgaris Pers. ex Cass.
Kouçinq
Kouçinq (ing. Coaching) — insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi planlı fərdi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün Kouç (ing. Coach) adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni yolçuluğa başlayırlar. == Əsas məqsədi == Kouçinqin əsas məqsədi bu xidməti alan şəxsin (ing. coachee) potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar. == Fəlsəfəsi == Kouçinq fəlsəfəsinə görə: Hər bir insan anadangəlmə bacarıqlı, yaradıcı və bütündür. Kouçluq mənəvi, psixoloji və ya zehni təmir metodu deyildir. Problemli insan yoxdur, sadəcə nə istədiyinin və sahib olduğu güclü potensialın fərqində olmayan insan vardır.
Krаpinа
Krаpinа (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krаpinskо-Zаqоrskаya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Kuçinq
Kuçinq (ing. Kuching) — Malayziyanın şərqində, Kalimantan adasının şimal-qərbində şəhər. Saravak ştatının inzibati mərkəzidir. Kuçinq çayının Cənubi Çin dənizinə töküldüyü yerdə limandır. Ticarət mərkəzidir. Kauçuk, istiot, kopra emal olunur. Gəmi tərsanəsi, doklar var.
Yuliya Drunina
Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924[…], Moskva – 20 noyabr 1991) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqının və RSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı. == Həyatı == 1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu. Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.) Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi. 1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir.
Mazama rufina
Mazama rufina (lat. Mazama rufina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. == İlk illər və karyerası == 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Svetlana Kuzina
Svetlana Kuzina (d. 8 iyun 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Kuzina, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Zinaida Stalitenko-Turçina
Zinaida Stalitenko-Turçina (qızlıq soyadı: Stalitenko; d. 17 may 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Zinaida Stalitenko, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Zinaida Stalitenko, həmdə Dünya Çempionatlarında 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. == Həyatı == Zinaida Stalitenko 17 may 1946-cı ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Zinaida Stalitenko ailəlidir, Nataliya (d. 1973) adında bir qız və Mixail (d. 1981) adında bir oğlan övladı var. Onun, həyat yoldaşı həndbol üzrə Sovet İttifaqının yığmasının 1973-1988-ci illərdə baş məşqçisi olan İqor Turçindir. == Karyerası == Zinaida Stalitenko, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı.
Yakub Krçin
Yakub Krçin (çex. Jakub Krčín; 18 iyul 1535, Kolin[d], Bohemiya tacı torpaqları[d] – 16 yanvar 1604, Sedlçani[d] və ya Obdenice[d]) — İntibah dövrünün Çexiya memarı və mühəndisi. Krçin Kolin şəhərində anadan olmuşdur. O, məhsuldar balıq göllərinin dizayneri və qurucusu olmuş, xüsusilə Trebon hövzəsinin balıq göllərindəki işi ilə tanınmışdır. Krçin Rojmberk gölünün tikintisinə, eləcə də bir çox başqa gölüb bərpasına və ya yaradılmasına nəzarət etmişdir.
Diana Da Rucna
Diana Da Rucna (d. 16 oktyabr 1989; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Diana Da Rucna İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.
Mən İngiltərə kralına xidmət etmişəm (film)
Mən ingilis kralına xidmət etmişəm (çex. Obsluhoval jsem anglického krále) çexiyalı rejissor Yirji Menzelin dram janrında çəkdiyi filmdir. 2006-cı ildə ekranizasiya olmuşdur. Film yazıçı Bohumil Hrabalın eyniadlı romanının əsasında çəkilib. Bu film üçün Hrabal əsərlərindən ibarət Menzelin altıncı adaptasiyasıdır. Film ABŞ və Böyük Britaniyada 2008-ci ildə buraxılmışdır. == Süjet == Yan Dite özünün 15 il həbs cəzası müddətinin bitməsinə az qalmış çex həbsxanasından sərbəst buraxılır və o Çexoslovakiya ilə Almaniya sərhədi yaxınlığında yerləşən şəhərin birində məskunlaşır. O asudə vaxtını əvvəllər alman ailəsinə məxsus olmuş, indi isə boş qalan evin bərpası ilə keçirir. Tək tənha yeni evdə yaşayan Yan onun ən böyük arzusu bir milyonçu olmaq olduğunu deyir və beləliklə öz keçmişini xatırlamağa başlayır. Yan karyerasını dəmir yolu stansiyasında sosis və kolbasa satıcısı vəzifəsi ilə başlayır və bu yolla o pulun insanların üzərində necə təsir göstərdiyini, onun hansı gücə malik olduğunu anlayır.
Mən ingilis kralına xidmət etmişəm (film, 2006)
Mən ingilis kralına xidmət etmişəm (çex. Obsluhoval jsem anglického krále) çexiyalı rejissor Yirji Menzelin dram janrında çəkdiyi filmdir. 2006-cı ildə ekranizasiya olmuşdur. Film yazıçı Bohumil Hrabalın eyniadlı romanının əsasında çəkilib. Bu film üçün Hrabal əsərlərindən ibarət Menzelin altıncı adaptasiyasıdır. Film ABŞ və Böyük Britaniyada 2008-ci ildə buraxılmışdır. == Süjet == Yan Dite özünün 15 il həbs cəzası müddətinin bitməsinə az qalmış çex həbsxanasından sərbəst buraxılır və o Çexoslovakiya ilə Almaniya sərhədi yaxınlığında yerləşən şəhərin birində məskunlaşır. O asudə vaxtını əvvəllər alman ailəsinə məxsus olmuş, indi isə boş qalan evin bərpası ilə keçirir. Tək tənha yeni evdə yaşayan Yan onun ən böyük arzusu bir milyonçu olmaq olduğunu deyir və beləliklə öz keçmişini xatırlamağa başlayır. Yan karyerasını dəmir yolu stansiyasında sosis və kolbasa satıcısı vəzifəsi ilə başlayır və bu yolla o pulun insanların üzərində necə təsir göstərdiyini, onun hansı gücə malik olduğunu anlayır.