Yuliya Drunina

Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924[1][2][…], Moskva[1]20 noyabr 1991[3][4]) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqınınRSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı.

Yuliya Drunina
Doğum tarixi
Doğum yeri Moskva, RSFSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Moskva, RSFSR,SSRİ
Vəfat səbəbi boğulma
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1945—1991
Əsərlərinin dili Rus dili
İstiqamət sosialist realizmi
Janr Lirik növ
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni"Qırmızı ulduz" ordeni"Şərəf nişanı" ordeni"İgidliyə görə" medalı"Moskvanın müdafiəsinə görə" medalı"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
İmza
lib.ru/POEZIQ/DRUNINA/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu.[5]

Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.)[6] Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi.

1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir. Yaralanmanın ciddiliyini önəmsəməyən Yuliya sadəcə boynunu bantlarla sarıyıb və digərlərini xilas etmək üçün işinə davam edir. Vəziyyəti pisləşəndə xəstəxanaya yerləşdirildi və çətinliklə sağ qala bilir. Sağaldıqdan sonra o, Moskvaya qayıtdı, orada Maksim Qorki adına Ədəbiyyat İnstitutuna ərizə verdi, lakin yazıları yetərincə yetkin olmadığı üçün qəbul edilmədi. Daha sonra cəbhəyə qayıtdı və Baltik yaxınlığında bölgəsində döyüşdü. O, 1944-cü ilin noyabrında yenidən yaralandı və müharibənin qalan hissəsini Moskvada keçirdi. Moskvada olanda yenidən Ədəbiyyat İnstitutuna müraciət edir və bu dəfə müharibə veteranı kimi İnstituta qəbul olunmasına icazə verilir.

1944-cü ildə sinif yoldaşı və həmyerlisi müharibə veteranı Nikolay Starşinov ilə evlənir, 1946-cı ildə isə yeganə qızı Yelenanı dünyaya gətirir. Ailə müharibədən sonra Moskvanın son dərəcə yoxsul vəziyyətdə yaşayırdı. Bu müddət əzində Yuliya isə şeir yazmağa davam edirdi. Onun şeirlər bəzi 1940-cı illərdə nəşr edilmişdir, 1948-ci ildə ilk kitabı da daxil olmaqla sonrakı illərdə daha bir neçəsi çap olundu. Ayrıca "Aliska" adlı bir hekayə və "Üç zirvədən" adlı bir avtobioqrafik roman yazdı. 1960-cı ildə o, ilk həyat yoldaşı-Nikolay Starşinovadan boşanıb, 1954-cü ildə onunla tanış olan ssenarist Aleksey Kaplerlə evlənir. Yuliya, Aleksey Kaplerin 1979-cu ilə kimi, yəni ölümünə qədər xoşbəxt yaşayırlar.

1990-cı ildə Yuliya Drunina SSRİ-də baş verənlər haqqında vaxtaşırı şeir və publisistik məqalələrlə çıxış edərək SSRİ Ali Sovetinin deputatı oldu, lakin çox keçmədən deputat korpusundan ayrıldı. 1991-ci ilin Avqust qiyamı zamanı o, "Ağ ev"in müdafiəsində iştirak etmiş ziyalı şəxslərdən biri idi. Sovet İttifaqının dağılmasından sonra və Sovet sistemini tənqid edən yazılara görə dəhşətli dərəcədə depressiyaya düşür və 21 noyabr 1991-ci ildə intihar edir. O, həyat yoldaşı Alexsey Kapler ilə yanaşı, Starıy Krımda köhnə Krım qəbiristanlıqda dəfn edilir.[7]

Yardıcılığı

[redaktə | mənbəni redaktə et]

Yuliya Drunina 11 yaşında yarışmaların birində qalib gələn "Birlikdə məktəb masasında oturmuşduq" şeiri "Müəllimlər qəzeti"ndə çap edilir və radioda yayımlanır. 1945-ci ilin əvvəlində "Znamya" jurnalında Yuliya Druninanın şeirlər toplusu, 1948-ci ildə "Əsgər paltarında" şeir kitabı çap olunmuşdur. 1947-ci ilin martında Drunina Gənc Yazıçıların İlk Ümumittifaq müşavirəsində iştirak edərək bu müşavirəyə maddi dəstək vermişdir və öz yaradıcılıq fəaliyyətini davam etdirməyə imkan yaranmışdır.

Sonrakı illərdə məcmuələri bir-birinin ardınca nəşr olundu: 1955 — ci ildə "Ürəklə söhbət" toplusu, 1958 — ci ildə "Cəbhədən külək", 1960 — cı ildə "Müasirlər", 1963 — cü ildə "həyəcan" və digər məcmuələr.

Biblioqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Əsgər şinelində. - M., 1948.
  • Müasirləri. — M. : Sovet yazıçısı, 1960.
  • Narahatlıq. — M. : Sovet yazıçısı, 1963.
  • Siz yaxınsınız. — M. : Gənc qvardiya, 1964.
  • Mənim dostum. - Moskva,: Moskva işçisi, 1965.
  • Seçilmiş lirika. - Moskva: Gənc Qvardiya, 1968. - (Seçilmiş lirika kitabxanası).
  • Əlis. - Moskva : Sovet Rusiyası, 1973.
  • Seçilmiş əsərlər. - M., 1977.
  • Seçilmiş əsərlər. - M., 1979.
  • Seçilmiş əsərlər : 2 T. — M.: Bədii ədəbiyyat, 1981.
  • Vədlərimiz doğrudur. - Moskva: Pravda, 1983. — (Kitabxana "Oqonka"; No. 34).
  • Seçilmişlərə : 2 cild. - Moskva : Bədii ədəbiyyat, 1989.
  • Dünya mümkün qədər qarışıqdır: şeirlər və poemalar. - Moskva: rus kitabı, 1997.
  • Məhəbbət bədbəxt olmur. - Moskva : Sovet Rusiyası, 1997.
  • Təkrarolunmaz ulduz saatı. — Eksmo-Press, 2000.
  • Ürək xatirəsi: şeirlər. — Eksmo-Press, 2002.
  • Sevmək üçün vaxt var. — Eksmo, 2004.
  • Məhəbbət bədbəxt olmur. — Eksmo, 2005.
  • Şairlər sevildi kimi sevirəm. — Eksmo, 2006
  1. 1 2 Друнина Юлия Владимировна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Bibliothèque nationale de France Ûliâ Vladimirovna Drunina // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Library of Congress Authorities (ing.). Library of Congress.
  4. ДРУНИНА // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  5. В. П. Друнин — автор книг «Польша, Россия и СССР: исторические очерки» (1928) и «А. И. Желябов» (1930), переводов исторической литературы с польского языка (в молодости долгое время служил в Варшаве).
  6. "Фёдоров Р. Ю. В тот городок я топала по шпалам…". 2009-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-28.
  7. "Газета «Бульвар Гордона» | Леонид ГРАЧ: «Если загробная жизнь существует, я встречусь там с Юрой Богатиковым»". 2015-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.