Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sun Kyun-Hva
Sun Kyun-Hva (d. 20 iyul 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Sun
Osun-Osoqbo
Osun-Osoqbo və ya Osun-Osoqbo müqəddəs meşəsi — Nigeriyanın Osun ştatında, Osoqbo şəhərindən kənarda, Osun çayının sahilində yerləşən müqəddəs bir meşədir. Osun-Osoqbo geniş şəhərləşmədən əvvəl əksər Yoruba şəhərlərinə qonşu olan müqəddəs meşələrin sonuncusudur. Qlobal əhəmiyyətini və mədəni dəyərini nəzərə alaraq, UNESCO 2005-ci ildə Osun-Osoqbonu Ümumdünya irsi siyahısına daxil etmişdir. 1950-ci illərdə Osun-Osoqbonun darmadağın edildiyi görüldü: ziyarətgahlara laqeyd yanaşılmış, xüsusi vəzifələr və sanksiyalar zəiflədiyi üçün keşişlər bağçanı tərk etmişdilər. Balıqçılıq, ovçuluq və bağda ağacların kəsilməsi kimi qadağan edilən fəaliyyətlər avstriyalı Suzanna Vanqerin gələrək ərazidə davam edən təhqirləri dayandırmasına qədər dəvam etdi. Yerli xalqın dəstəyi ilə Venqer, torpaq möhtəkirlərinə meydan oxumaq, brakonyerləri dəf etmək, ziyarətgahları qorumaq və müqəddəs məkanı yenidən Osoqbonun "müqəddəs ürəyi" olaraq bərpa etmək üçün uzun müddət davam edən "Yeni Müqəddəs İncəsənət" hərəkatını qurdu. == Osun-Osoqbo festivalı == Hər il avqust ayında meşədə Osun-Osoqbo festivalı qeyd olunur. Festival hər il minlərlə Osun ibadətçilərini, izləyiciləri və həyatın bütün sahələrindən turistləri cəlb edir. Osoqbo əhalisi üçün avqust, bayramlar, şəhərin ənənəvi təmizlənməsi və insanların əcdadları və Osoqbo Krallığının qurucuları ilə yenidən görüşməsinin ayıdır. Osun-Osoqbo festivalının 700 ildən çox bir tarixə sahib olduğu güman edilir.
Osun ştatı
Osun ştatı (ing. Osun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Osun çayından gəlir.
Takamura Koun
Takamura Koun (高村 光雲, 8 mart 1852 – 10 oktyabr 1934) – Yaponiya heykəltaraşı. Doğum adı Nakacima Kozodur. Tokiodakı Ueno parkında yerləşən və 1898-ci ildə tamamlanmış Sayqo Takamorinin bürüncdən heykəlini o hazırlayıb. Tokio İmperator Sarayının qarşısında dayanan Kusunoki Masahide heykəlinin də müəllifidir. Koun həmçinin şair və heykəltaraş Kotaro Takamuranın atasıdır.
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Kun Linhuey
Konq Lunqhui (18 oktyabr 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Konq Lunqhui Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Konq Lunqhui Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub. Konq Lunqhui Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kun adası
Kun adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Qrili adasından 3 km şimal-şərdə yerləşir və ondan Şternek boğazı ilə ayrılır. Keyn adasından isə 1,5 km şərqdə yerləşir. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 7,5 km, eni 3.5 km-dir. Adanım maksimal hündürlüyü 228 metrdir. Ən cqar qərb nöqtəsi Qolovin burnudur.
Kun krateri
Kun krateri (lat. Kuhn) — Ayın görünməyən tərəfindəki Cənub qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Riçard Kunun şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Kun kraterinə ən yaxın yerləşən krater Vixert krateridir və ondan qərbdə yerləşir. Laveran krateri bu kraterdən şimal-qərbdə, Koxer krateri şərqdə və Sverdrup krateri isə cənubda yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 84°29′ c. e. 152°29′ q. u.84,48° c. e.
Lorens Kun
Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Bekenderfun yanında sahə müdiri olaraq çalışdı. 1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayony "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi. === Repressiya === Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır.
Meyn-kun
Maine Coon, bir pişik irqi. ABŞ mənşəlidir. == Spesifik rəngləri == Bir sıra rənglərdə olurlar ki, bunlardan da ən məşhurları tək rənglilər(bozumtul-mavi, qara, bənövşəyi, qəhvəyi), tabbi və gümüşü tabbidir (bunun növləri isə:xallı, zolaqlı və mərmər rəngli). Cinsin təsviri Başları- yumru olur və almacıqlarda genişlənən yaxşı inkişaf etmiş yanaqlardan ibarət olur ki, bu da başlarının yumru formasını daha da nəzərəçarpan edir. Boyunları qısa və şişman, burunları qısa, enli və düz olur. Çənələri - düz və güclü olur. Burunları ilə çənələri şaquli yerləşir. Qulaqları - balaca və girdə olmaqla, aşağıda yerləşir. Gözləri - iri, yumru, geniş açılmış olur. Adətən açıq narıncı rəngdə olur.
Rixard Kun
Riçard Kun (3 dekabr 1900 – 1 avqust 1967) — Avstriya-Alman biokimyaçısı. 1938-ci ildə "karotenoid və vitaminlər" üzərində apardığı tədqiqat üçün Nobel mükafatı almışdır == Həyatı == Riçard Kun 3 dekabr 1900 -cu ildə Avstriyada doğulmuşdur. Keen Vyanada və Avstriyada gimnaziya və liseydə təhsil aldı. Onun kimyaya olan maraqları erkən yaşlarından yarandı. Ancaq onun kimya üçün çox geniş xəyalları var idi və bu fikirləri yubatmamağa qərar verdi. 1910-1918-ci illərdə arası o, 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən Wolfgang Paulinın sinif yoldaşı olub . 1918-ci ildən Kun Vyana olan Kimya Universitetinə daxil oldu. Münih Universitetində kimyəvi tədqiqatları tamamladı və 1922-ci ildə doktorluq dissertantını Richard Wilstater ilə fermentlər üzərində etdiyi araşdırma ilə qəbul etdi. Universitetini bitirdikdən sonra Kun ilk dəfə Münihdə, daha sonra Zürih ETH-də, 1929-cu ildə isə Heidelberq Universitetində, 1937-ci ildə böyük nailiyyətlər əldə etdi, daha sonra isə kimya kafedrasının müdiri olmuşdur. 1928-ci ildə Daisy Hartmanla evləndi və sonra iki oğlu və dörd qızı oldu.
Riçard Kun
Riçard Kun (3 dekabr 1900 – 1 avqust 1967) — Avstriya-Alman biokimyaçısı. 1938-ci ildə "karotenoid və vitaminlər" üzərində apardığı tədqiqat üçün Nobel mükafatı almışdır == Həyatı == Riçard Kun 3 dekabr 1900 -cu ildə Avstriyada doğulmuşdur. Keen Vyanada və Avstriyada gimnaziya və liseydə təhsil aldı. Onun kimyaya olan maraqları erkən yaşlarından yarandı. Ancaq onun kimya üçün çox geniş xəyalları var idi və bu fikirləri yubatmamağa qərar verdi. 1910-1918-ci illərdə arası o, 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən Wolfgang Paulinın sinif yoldaşı olub . 1918-ci ildən Kun Vyana olan Kimya Universitetinə daxil oldu. Münih Universitetində kimyəvi tədqiqatları tamamladı və 1922-ci ildə doktorluq dissertantını Richard Wilstater ilə fermentlər üzərində etdiyi araşdırma ilə qəbul etdi. Universitetini bitirdikdən sonra Kun ilk dəfə Münihdə, daha sonra Zürih ETH-də, 1929-cu ildə isə Heidelberq Universitetində, 1937-ci ildə böyük nailiyyətlər əldə etdi, daha sonra isə kimya kafedrasının müdiri olmuşdur. 1928-ci ildə Daisy Hartmanla evləndi və sonra iki oğlu və dörd qızı oldu.
Sun-Tszı
Sun-Tszı (çin. 孙子算经; III əsr) — Çin riyaziyyatçısıdır; "Riyazi traktat" əsərinin müəllifidir; hesablama taxtasında hesab əməllər qaydasını vermiş, bir dərəcəli tənliklərin tam ədədlərdə həll üsulunu şərh etmişdir. == Həyatı == == Ədəbiyyat == Берёзкина Э. И. Математический трактат Сунь-Цзы // «Историко-математические исследования». Вып. 3. — М., 1963. Lam Lay Yong and An Tian Se. "Fleeting Footsteps", p. 4. World Scientific.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Sun Dzı
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.
Sun Hao
Sun Hao (* 242; † 284) — U çarlığının dördüncü çarı, Sun Henin oğlu. Sun Henin böyük oğlu, yenicə xələf elan edilmiş Sun Deq 241-ci ildə öldükdən sonra, Sun Hao 242-ci ildə konkubina Hedən doğulmuş sonrakı böyük oğlu idi.
Sun Huizi
Sun Huizi (11 iyun 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Huizi, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Huizi, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Sun Lian
Sun Lian (* 243; † 260) — Sun Çyuanın oğlu və U çarlığının ikinci çarı.
Sun Microsystems
Sun Microsystems – 24 fevral 1982-ci ildə Kaliforniyanın Santa Clara şəhərindəki mərkəzi Silikon Vadisində təsis edilmişdir. Kompüter və kompüter hissələri, proqram təminatı və informasiya texnologiyaları daxil olmaqla bir çox daxili sahələrdə istehsal edən və satan bir şirkətdir. Sun 20 aprel 2009-cu ildə imzalanmış bir razılaşmaya əsasən 27 yanvar 2010-cu ildə Oracle tərəfindən 7,4 milyard $-a alınmışdır. Izlənən şirkətlər Sun Microsystems; Oracle, USA Inc ilə birləşdi və adı dəyişərək Oracle America Inc oldu. Şirkətin istehsal obyektləri Şotlandiya, Hillsboro, Oregon və Linlithgow şəhərlərində yerləşir. Sun məhsulları kompüter serverləri və iş stansiyaları daxildir. Məhsullar Sun-un öz işləyicisi SPARK və AMD-nin işləyicisi Opteron və Solaris əməliyyat sistemləri və Java platformasına uyğun qorulmuş, təməlləri bu sistem və kodlara dayanmaqdadır. Sun şirkətinin mərkəzi olan Santa Clara, Kaliforniya, 1888 və 1972-ci illər arasında Agnews İnkişaf Mərkəzinin, zehni və nevroloji xəstəliklər mərkəzinin qərb qəsəbəsidir.
Sun Qiaolu
Sun Qiaolu (12 iyun 1995, Şençjen, Quandun əyaləti[d] – 2 yanvar 2021) — Çin aktrisa və model. == Bioqrafiya == Sun Tsyaolu Çin uşaq televiziya seriyasında "ba-la-la kiçik şeytan Peri" serialında peri Lin Mayzi rolunda çıxış edib. Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. Şounu bitirdikdən sonra o, moda biznesini açdı və sosial şəbəkələrdə nüfuzlu bir insana çevrildi. == Ölüm == Aktrisa, 1 yanvar 2021 ildə (25 yaşında), ürək tutmasından öldü.
Sun Tzu
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.
Sun Xiu
Sun Xiu (* 235; † 264) — Sun Çyuanın oğlu və U çarlığının üçüncü çarı.
Sun Yatinq
Sun Yatinq (24 fevral 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Yatinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yatinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sun Yatinq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Sün Xan
Tin - türk və altay xalq inancında ruh. Tın (Dın, Din, Çin, Çin) olaraq da deyilər. İnsan varlığının mənəvi hissəsi. Mücərrəd varlıq. == Mahiyyəti == Sabit və hərəkətli iki hissəsi vardır. Sabit qisiminə Sür, hərəkətli qisiminə də Süne adı verilər. İnsan doğularkən bir quş şəklində gəlib ağızından girər və ölərkən də yenə quş qılığında çıxıb gedər. İnsan öldüyündə hərəkətli ruhu (Sür) qırx gün əvvəl, sabit ruhu (Süne) isə ölüm anında Uluqayının yarpaqları arasına gedər. Bəzi varlıqların ruhları başqa bir yerde saxlanmışdır. Məsələn "Çoğun Qulaq" (çox qulaqlı) Yelbeğenin ruhu bir pınarda üzən sarı balığın qarınındakı gümüş sandıqda saxlıdır.