Osun-Osoqbo və ya Osun-Osoqbo müqəddəs meşəsi — Nigeriyanın Osun ştatında, Osoqbo şəhərindən kənarda, Osun çayının sahilində yerləşən müqəddəs bir meşədir.
Osun-Osoqbo | |
Osun-Osogbo Sacred Grove [* 1] | |
Ölkə | Nigeriya |
---|---|
Tip | Mədəni |
Kriteriya | ii, iii, vi |
Keçid | 1118 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2005 (29-cu sessiya) |
|
|
Osun-Osoqbo geniş şəhərləşmədən əvvəl əksər Yoruba şəhərlərinə qonşu olan müqəddəs meşələrin sonuncusudur. Qlobal əhəmiyyətini və mədəni dəyərini nəzərə alaraq, UNESCO 2005-ci ildə Osun-Osoqbonu Ümumdünya irsi siyahısına daxil etmişdir.[1]
1950-ci illərdə Osun-Osoqbonun darmadağın edildiyi görüldü: ziyarətgahlara laqeyd yanaşılmış, xüsusi vəzifələr və sanksiyalar zəiflədiyi üçün keşişlər bağçanı tərk etmişdilər. Balıqçılıq, ovçuluq və bağda ağacların kəsilməsi kimi qadağan edilən fəaliyyətlər avstriyalı Suzanna Vanqerin gələrək ərazidə davam edən təhqirləri dayandırmasına qədər dəvam etdi.[2]
Yerli xalqın dəstəyi ilə Venqer, torpaq möhtəkirlərinə meydan oxumaq, brakonyerləri dəf etmək, ziyarətgahları qorumaq və müqəddəs məkanı yenidən Osoqbonun "müqəddəs ürəyi" olaraq bərpa etmək üçün uzun müddət davam edən "Yeni Müqəddəs İncəsənət" hərəkatını qurdu.[3]
Hər il avqust ayında meşədə Osun-Osoqbo festivalı qeyd olunur. Festival hər il minlərlə Osun ibadətçilərini, izləyiciləri və həyatın bütün sahələrindən turistləri cəlb edir.
Osoqbo əhalisi üçün avqust, bayramlar, şəhərin ənənəvi təmizlənməsi və insanların əcdadları və Osoqbo Krallığının qurucuları ilə yenidən görüşməsinin ayıdır.[4]
Osun-Osoqbo festivalının 700 ildən çox bir tarixə sahib olduğu güman edilir. Festivalın başlanğıcını qeyd edən bir hadisə haqqında fikirlər vardır. Bir dəfə, Olutimehin adlı böyük bir ovçunun başçılığı ilə köçən bir qrup insan, özlərini aclıqdan qurtarmaq üçün Osun çayının sahilində yerləşdi. Bu zaman çayın kənarında dayanan Olutimehin önündən, sudan Osun ilahəsi göründü və insanları xüsusi bir yerə (indiki Ozoqbo şəhəri) aparmasını istədi. İlahə, bütün qrupu qorumağı və ona illik bir qurban müqabilində rifah gətirəcəyini vəd etdi. Qrup təklifi qəbul etdi. Bu gün Osun çayı ilahəsinə edilən illik qurban hələ də Osun-Osoqbo Festivalı olaraq qeyd olunur.[5]