Sun

SunAzərbaycanda salfet, tualet kağızları, kağız dəsmal, qutu dəsmal, nəm dəsmal, cib dəsmal, horeca istehsalı ilə məşğul olan müəssisə.[1]

Sun
Loqonun şəkli
Ümumi məlumatlar
Baş qərargahın yeri Azərbaycan Azərbaycan
sunpaper.az

Tarixi[redaktə | mənbəni redaktə et]

"SUN" gigiyenik kağız markası 20 ildən artıq müddətdir ki, daxili bazarda lider məhsullardan birinə çevrilib. Bu marka tarixə ilk yerli gigiyenik kağız brendi kimi düşmüşdür. "SUN" markasının özəlliklərindən ən əsası onun hər bir ailə üzvü tərəfindən istifadə edilməsidir. Məhsulların müxtəlif ölçülərdə olması ev və iş yerləri üçün sərfəli salfetləri, kağız, qutu, cib dəsmalları illərdir ki, hər kəsin sağlamlığını qoruyur.

Məhsullar[redaktə | mənbəni redaktə et]

Salfet SUN salfetləri hər növ çeşiddə, naxışlı, bəyaz olaraq, balaca və böyük qablaşdırmada təklif olunur. Bu salfetlər hər gün, hər evdə, hər cür zövqü oxşayan, hər süfrəyə bəzək verən məhsullardır.

Tualet Kağızları SUN tualet kağızları şəxsi gigiyena anlayışında ilk yerdə durur. Yumşaq və ətirli tualet kağızları hər bir ailə üzvünün sağlamlığı üçün vacib rol oynayır. Kağız rütubətdən qoruyaraq, sonsuz iltihabların, çox xəstəliyin qarşısını almaqla, gələcəkdə yarana biləcək ciddi fəsadları delikat, yumşaq və xoş şəkildə əngəlləyir.

Kağız Dəsmal SUN kağız dəsmallarının istifadəsi evdar xanımlarda xoş təəssürat yaradır. Kağız dəsmalların istifadəsi evlərdə mikroblardan qorunmanı təmin edir. Kağız dəsmal istifadəsi nəm bez əskilərin yaydığı xoş olmayan qoxudan, yaş qalan zaman bütün evə yaydıqları mikroblardan qorunmağa imkan verir, sağlam ortam yaradır, rahatlıq və vaxta qənaət gətirir.

Qutu Dəsmal Universal qutu dəsmallar çox funksional və hərtərəflidir. SUN qutu dəsmalları ilə həm özünüzün, həm də övladlarınızın qayğısına qala bilərsiniz. Yumşaq teksturası ən həssas əşyalarınızın səthini cızmadan təmizləyəcək. Müxtəlif dizaynda, görkəmdə olan qutular hər cür ev əşyası və avtosalon interyerinə uyğundur.

Nəm Dəsmal SUN yaş antibakterial dəsmalları istər özünüzü, istərsə də övladlarınızı bütün gedilən məkanlarda mikroblardan qorumağa qadirdir. Yaş dəsmallarının ölçüləri həm ciblərdə, həm də çantalarda onları rahatlıqla daşımağa imkan verir.

Cib Dəsmal Cib dəsmalları, xüsusən, ictimai iaşə obyektlərində, kafelərdə, oyun, istirahət və əyləncə mərkəzlərində keçirilən vaxt zamanı mikroblardan qoruyan müstəsna məhsula çevrilib.

Horeca Gigiyenik qaydalara riayət etmək sadəcə evimizdə deyil, ictimai mühitlərdə də xüsusi önəm daşıyır. Məhz buna görə də, Sun Paper məhsulları sadəcə evlərinizdə deyil, getdiyiniz bir çox məkanlarda da sizinlədir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Gələcək sağlam olSUN!"". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.