Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kakadu
Kakadular (lat. Cacatuidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kabudan (Kəleybər)
Kabudan (fars. كبودان‎) və ya Göy - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (6 ailə).
Kakusan (Sərdəşt)
Kakusan (fars. كاكوسان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Kanudus müharibəsi
Kanudus müharibəsi (port. Guerra de Canudos) həmçinin Kanudus üsyanı da adlandırılır.Bu hərbi konfilikt 1896- 1897 ci illərdə Braziliya və üsyançılar (25-30minlik) arasında baş verir.Kanudus == Hərəkatın yaranması == 1888-ci ildə Braziliyada quldarlığın ləğvi ilə Baiya ştatında geniş boş torpaqlar vardı ki,onların böyük hissəsi azad olmuş qullar,torpaqsız kəndlilər,kasıb hindular və cinayətkarlar tərəfindən məskulaşmişdı.1896-cı ildə Kanudusda 25-30 min əhali yaşayırdı.Bu zamanlar Braziliyada "Kaucuk xəstəliyi" geniş yayılmışdır.Kaucuk konpaniyası bölgəni ələ keçirmək insaları isə qul vəziyyətinə salmaq niyyətində idi.Antoniy Marsiel (Konseleyra) bu vəziyyətdə sadə ,kasıb xalqa arxa duraraq hərəkat başladır. Antoniyo dini kamuna yaradılır və 9000 tərəfdar topluya bilir.Özünü 'peygəmbər' elan edir.Respublika quruluşuna qarşı cıxılır və onu antixristian quruluş adlandırılır.Vergi yığılması dayandırılır.Bir necə il ərzində onun tərəfdarları 20-30 min nəfərə catır.Bu insanlar əsasən kasıblar idi.Konseleyrunun başçılığı ilə bura gələn tacirlərə ,varlılara hücum edilir.Baiya ştat rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün əlindən gələni edirdi.Üsyançılar əvəlcə Baiya ştatının bir neçə polis bölməsini sonradan isə federal hökumət qüvvələrini darmadağın edir.Bu üsulla üsyançılar xeyli silah tədarük edə bilir. Bundan sonra hökumət üsyançılar monarxiya tərəfadarı,respublika və demokratiya düşmənlər adlandırılırlar.Üsyançılarla döyüşə ağır artilleriya ilə silahlanmış ordu göndərir.8000 nizami ordu göndərilir. Hərbi əməliyyatlar bir necə ay çəkir.1897-ci illin sentyabrında Antoniy Konseleyu öldürülür.Hərəkat bir müddət davam etdirilir.oktyabrın 5 də hərəkat tam darmadağın edilir.Braziliya hökumət qüvvələri 5000 itki verir.Kanudus isə darmadağın edilərək yer üzündən silinir.Üsyancılar 20.000 çox itki verir.5 il müddətində bu hadisə haqqında qəzet və jurnallarda yazmaq qadağan edilir.
Kükürdün dövranı
Kükürd - Sənayedə, kənd təsərrüfatında,tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə. == Ümumi məlumat == Kükürd qədim zamanlardan məlum olan və təbiətdə daha çox tapılan qeyri-metal növüdür və ən çox yayılan on altıncı elementdir. Bu element təbiətdə həm təbii halda, həm də kükürd birləşmələri şəklində tapılır.Ən geniş təbii kükürd mədənləri Meksika, Polşa, İtaliya (Siciliya), ABŞ (Luiziana, Texas), Yaponiyada və keçmiş Sovet İttifaqı ölkələrinin bəzilərində (Türkmənistan, Özbəkistan) yerləşir. == Kükürdün fəaliyyəti == Kükürdün dövranı- Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal dövranı müxtəlifliyi ilə fərqlənərək biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif komponentlərin iştirakı ilə gedir. Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı kükürd oksidinin (SO2) atmosferə antropogen təsirinin nəticəsidir. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir.
Nikolay Kakurin
Nikolay Yevgenieviç Kakurin (rus. Никола́й Евге́ньевич Каку́рин; 4 sentyabr 1883, Oryol – 29 iyul 1936, Yaroslavl) — Rusiya və SSRİ hərbçisi, tarixçisi və publisisti. 1922-ci ildə Buxara-Fərqanə ərazisindəki sovet hərbi birləşmələrinin komandanı kimi basmaçılara qarşı mübarizədə fəal iştirak etmişdi. Üçcildlik "Vətəndaş müharibəsi tarixi"nin əsas müəlliflərindən biridir. Həbsxanada ölmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Бойко О. Д. Какурін Микола Євгенович // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К.: Наукова думка, 2007. — Т. 4 : Ка — Ком.
Kabusun gözüylə
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Arayabənzər kakadu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Dəbilqəli kakadu
Callocephalon fimbriatum (lat. Callocephalon fimbriatum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin callocephalon cinsinə aid heyvan növü. Dəbilqəli kakadular Cənub-Şərqi Avstraliya və ona yaxın adalarda dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə olan dağlıq ərazilərdəki evkalipt meşələrində yaşayır. Bədəninin uzunluğu 32—37 sm; kütləsi 250—280 q-dır. Lələklərindəki əsas rəng çaları boz olub, hər lələk kül rəngi ilə haşiyələnib. Qarnının aşağı hissəsi və quyruğunun aşağı lələkləri çəhrayı-sarı rənglə haşiyələnib. Qanadları və quyruğu boz rəngdədir. Erkəklərin baş və kəkili açıq-çəhrayı, dişilərin başı və kəkilləri boz rəngdə olur.
Kakadu gavalısı
Ferdinand terminaliyası (lat. Terminalia ferdinandiana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Qara kakadu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Sövməəyi-Kabudin (Miyanə)
Sövməəyi-Kabudin (fars. صومعه كبودين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (61 ailə).
Kakadu Milli Parkı
Kakadu Milli Parkı (ing. Kakadu National Park) — Avstraliyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Kakadu Milli Parkı dörd ədəd çay sistemi və çox müxtəlif coğrafi şəkilləri ilə dünyanın ən böyük milli parklarından biridir. Tükənmə təhlükəsi altında olan duzlu su timsahı və donuz burunlu quru tısbağasının balalama bölgəsi bu milli parkdır. Bitki örtüsü çox müxtəlifdir və 46 nadir bitki növünü saxlamaqdadır. Park eyni zamanda bir çox Aborigen mədəniyyətinə ev sahibliyi edir. Milli parkda minlərlə illik aborigen mədəniyyətini əks etdirən 5000-dən çox sənət əsəri var. Arxeoloji sahələrdəki qalıqlar buradakı Aborigen həyatının ən az 20000 illik və böyük ehtimalla 50000 ilə qədər uzandığını göstərməkdədir. Kakadu dünyada sayı çox az olan qarışıq dünya mirası sahələrindən biridir.
Kabusun gözüylə (film, 2010)
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.