Callocephalon fimbriatum (lat. Callocephalon fimbriatum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin callocephalon cinsinə aid heyvan növü.
Dəbilqəli kakadu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Dəbilqəli kakadu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Dəbilqəli kakadular Cənub-Şərqi Avstraliya və ona yaxın adalarda dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə olan dağlıq ərazilərdəki evkalipt meşələrində yaşayır.
Bədəninin uzunluğu 32—37 sm; kütləsi 250—280 q-dır. Lələklərindəki əsas rəng çaları boz olub, hər lələk kül rəngi ilə haşiyələnib. Qarnının aşağı hissəsi və quyruğunun aşağı lələkləri çəhrayı-sarı rənglə haşiyələnib. Qanadları və quyruğu boz rəngdədir. Erkəklərin baş və kəkili açıq-çəhrayı, dişilərin başı və kəkilləri boz rəngdə olur.