Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lavaka
Lavaka (rus. лавака, ing. lavaka) — rütubətli tropiklərdə suffozion- erozion mənşəli mənfi relyef forması; günbəzvari yüksəkliyin qabarıq yamacına, bəzən isə platonun kənarlarına kəsilmiş olur. Uzunluğu 150 — (2 km-dək), eni 100 — (300 m-dək), dərinliyi 30 — olur.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Şri-Lanka
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Şri Lanka
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Aa-lava
Aa-lava — kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Lava brekçiyaları
Lava brekçiyaları (ital. breccia-qırma) (rus. брекчии лавовые, ing. lava breccias) — vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Lava gölü
Lava gölü (rus. лавовое озеро, ing. lava lake) — odlu-maye lava ilə dolmuş vulkan krateri və ya sıldırım yamaclı geniş çuxur. Məfhum bəzən bərkimiş L. g. də aid edilir.
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.
Lava stalaktiti
Lava stalaktiti (rus. сталактит лавовый, ing. lava stalactites) — ərinti lavanın boş lava tunelinin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Lava stalaqmiti
Lava stalaqmiti (rus. сталагмит лавовый, ing. lava stalagmites) — böyük sütunvari formalı effuziv süxurlar kütləsi. Əsasi tərkibli az qatılıqlı lavanın köhnə lava örtüyü, yaxud lava axımının soyumuş səthi üzərində fəvvarəli püskürməsi zamanı yaranır.
Lava tunelləri
Lava tunelləri (rus. туннели лавовые, ing. lava tunnels) — lava axınlarında dəhlizlər şəkilində uzanan boşluqlar. Ən çox dalğalı lava axınlarında müşahidə edilir, uzunluğu yüzlərlə m-ə, eni 20 – m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kaliforniyada Şesta dağı və İslandiyada Şurtoşellira vulkanı aşkar edilmişdir.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Şri-Lanka adası
Şri-Lanka adası (sanskr. श्री लङ्का) — Hind okeanında yerləşən ada. Nəhəng adada eyni adlı Şri-Lanka dövləti yerləşir. Adanın sahəsi 65 610 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 2524 metr olan Pidurutalaqala dağıdır. Qərbdən Hindustan yarımadasından Polk boğazı, Polk və Manar körfəzləri ilə ayrılır. Ada vaxtı ilə mövcud olmuş Adəm körpüsü adlı bərzəx mövcud olmuşdur. 1481-ci ildə güçlü zəlzələ zamanı bərzəx tamamən dağılmışdır. Ada şimal və şərq sahillərini Benqal körfəzinin suları ilə yuyulur. Ada 1972-ci ilə qədər rəsmi olaraq Seylon (sanskr.
Şri-Lanka bayrağı
Şri-Lanka bayrağı — Şri Lankanın Dövlət bayrağı Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun (əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.
Şri-Lanka coğrafiyası
Şri-Lanka Cənubi Asiya regionuna dail olan və demək olarki Şri-Lanka adasında yerləşən bir dövlətdir. Ölkənin ərazisi onun dəniz əraziləri ilə birlikdə 65 610 km² təşkil edir. Şimaldan cənuba ölkə 445 km, şərqdən qərbə isə 225 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 1340 km təşkil edir. Şri-Lanka adası həmdə Seylon adı ilə tanınır. Ölkə bütünlüklə Hind okeanı ilə əhatələnmişdir. Ada 350 km uzunluğa və 180 km enə malikdir. O Tasmaniya və İrlandiya adalarının ölçüləri böyüklükdədir. Ada Hindustan yarımadasından Manasar körfəzi və Polk boğazı ilə ayrılır. Polk boğzının eni 50 km təşkil edir.
Azərbaycan–Şri-Lanka münasibətləri
Azərbaycan–Şri-Lanka münasibətləri — Azərbaycan Respublikası ilə Şri-Lanka Demokratik Sosialist Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin may ayının 21-də qurulmuşdur.
Şri-Lanka vətəndaş müharibəsi
Şri-Lanka vətəndaş müharibəsi — Şri-Lanka mərkəzi hökuməti ilə Tamil pələngləri hərbiləşdirilmiş hərəkat arasında baş vermiş müharibə. Hərbi əməliyyatlar 1983–2009-cu illərdə baş vermişdir. Müharibə 80 min insanın ölümünə səbəb olmuşdur. == Müharibə öncəsi == 1948-ci ildə Şri-Lankanın Böyük Britaniyadan müstəqillik əldə etməsindən sonra ölkənin siyasi həyatında Sinhallar üstün mövqe qazanmağa başlamışdılar. Bu ərəfədə isə tamillərin asimilyasiyası başlamışdı. Bu iki etnik qrup arasında narazılıqlar 1977-ci ildə Şri-Lankada kütləvi davalara səbəb olmuşdur. 1976-cı ildən "Tamil İlam azadlıq pələngləri" artıq təşkil olunmuşdu. Onlar Tamillərin müstəqilliyinə can atırdılar. Cafna kitabxanasının yandırılması və kütləvi qətlyamlarda sinhal polislərin iştirakı tamillər arasında dərin ikrah hissi yaratmışdı. 1983-cü ilin iyulunda Tamil pələnləri Cafna şəhərində patrullara hücum təşkil etmişdir.
Xarici İşlər Nazirliyi (Şri-Lanka)
Şri-Lanka Xarici İşlər Nazirliyi (sinh. විදේශ කටයුතු අමාත්‍යාංශය) — digər ölkələrlə Şri-Lanka əlaqələrini idarə edir. Nazirlik Kolombo-fort şəhərində, Respublika binasında yerləşir. Nazirlikdə 40 xarici vəzifə, o cümlədən 13 yüksək komissiya, 40 səfirlik, Birləşmiş Millətlər Təşkilatına aid 2 daimi nümayəndəlik, 14 konsulluq və nümayəndəlik var.
Şri-Lanka Demokratik Sosialist Respublikası
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Banka
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Cavea
Cavea (lat. Cavea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Flakka
Flakka və ya alpha-Pyrrolidinopentiophenone sintetik narkotik maddə.β-keto-prolintane, prolintanone, və ya desmethylpyrovalerone kimi də tanınır. Beyində norepinefrini və dopamini geri alan reseptorları seçici olaraq inhibisiya etdiyi üçün, sinaptik boşluqda hər iki neyrotrasnmitterin sayını artırır.[1] Formulu:C15H21NO == Haqqında == Amerikada 2011-ci ildə bazara çıxan və son zamanlar bütün dünyaya yayılan Flakka, insanların həyatını təhdid edir Zombi həbi olaraq da adlandırılan Flakka, istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər olur. 2016-cı ildə amerikalı bir gənc flakka qəbul etdikdə sonra başqa bir insana hücum edərək üzünü dişləmişdir. Bu narkotik, uzun müddət Amerikada qanuni olaraq satılıb. Çünki içindəki maddələrin istifadə nisbəti, qanuni sərhədlərin altında idi. Bu maddənin adına "Beath Tam" (vanna duzu) deyildi. Çünki forması vanna duzu kimi idi. Çində istehsal olunur və bir doza yalnız 25 dollara satılırdı. Araşdırmaçılar flakkaya olan marağın əsas səbəbinin digər narkotik maddələrdən daha ucuz satıldığına görə olduğunu bildirir. Maddənin satışı, istifadəsi qadağan olunduğu üçün digər formalarda da satışda ola bilir.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.