Flakka

Flakka və ya alpha-Pyrrolidinopentiophenone sintetik narkotik maddə.[1][2][3]β-keto-prolintane, prolintanone, və ya desmethylpyrovalerone kimi də tanınır. Beyində norepinefrini və dopamini geri alan reseptorları seçici olaraq inhibisiya etdiyi üçün, sinaptik boşluqda hər iki neyrotrasnmitterin sayını artırır.[1]

Formulu:C15H21NO

Amerikada 2011-ci ildə bazara çıxan və son zamanlar bütün dünyaya yayılan Flakka, insanların həyatını təhdid edir[1] Zombi həbi olaraq da adlandırılan Flakka, istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər olur. 2016-cı ildə amerikalı bir gənc flakka qəbul etdikdə sonra başqa bir insana hücum edərək üzünü dişləmişdir.[4] Bu narkotik, uzun müddət Amerikada qanuni olaraq satılıb. Çünki içindəki maddələrin istifadə nisbəti, qanuni sərhədlərin altında idi. Bu maddənin adına "Beath Tam" (vanna duzu) deyildi. Çünki forması vanna duzu kimi idi. Çində istehsal olunur və bir doza yalnız 25 dollara satılırdı.[5] Araşdırmaçılar flakkaya olan marağın əsas səbəbinin digər narkotik maddələrdən daha ucuz satıldığına görə olduğunu bildirir.[4] Maddənin satışı, istifadəsi qadağan olunduğu üçün digər formalarda da satışda ola bilir. Amerika, Avropa və Türkiyə mediasında son günlərdə ən çox danışılan mövzudur[4]

Zombi həbi olaraq da adlandırılan Flakka, istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər olur. Bu maddəni qəbul edən insanın hərəkətləri zombini xatırladır, digərlərinə ziyan vurmağa meyilli olurlar.[5] Flakka qəbul edilən zaman ürək döyüntüsü və təzyiq artır. İnsanlarda paranoya, hallusinasiyon və digər psixi pozğunluqlar yaradır. Bununla insan qeyri-adi gücə malik olduğunu düşünür, eyni zamanda ətrafdakıları fərqli canlı olaraq görməyə başlayır. Maddəni istifadə edən insanı 4-5 saat təsir altında saxlayır, bu müddət 8 saat da ola bilər. Əsas əlamətləri qəribə, qorxulu hərəkətlərdir. Təsir keçdikdən sonra şəxslərin əksəriyyəti ürək infarktından dünyasını dəyişir, sağ qala bilənlərdə isə ciddi beyin problemləri qalmaqda davam edir,[4] başqalarına hücum və intihara meyillilik oyadır. Narkotik, beynindəki insan olma xüsusiyyətini, "mən" vəziyyətini yox edib, heyvani xüsüsiyətləri ortaya çıxardır. Hisslər çox güclənir, insan özünü bir super qəhrəman kimi hiss edir. Dərman, insanın ruh halını təşkil edən hormonları təzyiq altına alır və uzunmüddətli zədələrə, ürək çatışmazlığına səbəb ola bilir. Bəzi hallarda insanların zehni fəaliyyətlərini daimi olaraq itirdiyi görülmüşdür.[5]

  1. 1 2  (az.)"Flakka nədir?". musavat.com. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr, 2017.
  2. Aysel Aslan. "Bu narkotik maddə qadını zombi halına saldı - VİDEO". www.sherg.az (az.). 2017-10-03. 15 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  3. "Bəşəriyyətin ən böyük bəlası". İmmunitet.az xəsətəliklərlə mübarizə aparan tibbi portal (az.). 10 yanvar 2017. 15 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  4. 1 2 3 4 Pərişan Bəndərli. "Flakka – insanları zombiyə çevirən maddə" (az.). 11/10/2017. 15 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  5. 1 2 3  (türk.)"İnsanı zonbiyə dönüşdürən narkotik". yenisafak.com. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr, 2017.