Lava

Lava (it. lava – doldurur) (rus. лава, ing. lava)– vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır.[1] Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) sü­xur­lar əmələ gətirir. Kimyəvi tər­kibindən və qazın miqdarından asılı olaraq ərimə temperaturu 700-12000 c arasında dəyişilir. Tərki­binə görə  bazalt və turş l. ayrılır.

AA Lava[redaktə | mənbəni redaktə et]

Kələ kötür səthə malik bazalt lavasıdır. Bir-biri ilə bitişmiş ayrı ayrı posa parçalarından və daha iri künclü sıx lava qırıntılarından ibarətdir. AA lava həmçinin Havay adaları, həmçinin İslandiya və başqa vulkanik ərazilər üçün səciyyəvidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Mənbə[redaktə | mənbəni redaktə et]