Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Laskin
Boris Savelyeviç Laskin — sovet ssenaristi. == Həyatı == Boris Laskin 22 iyul 1914-cü ildə Orşada anadan olub. ÜDKİ-nin ssenari fakültəsində təhsil alıb (1935). Boris Laskin 22 avqust 1983-cü ildə vəfat edib.
Maskan adası
Maskan adası (ərəb. مسكان‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Bubiyan adasından cənubda yerləşir. 1932-ci ildə İraqla sərhədlərin demarkasiyası haqqında imzalanmış müqaviləyə əsasən Küveytə məxsusdur. Ada 1,2 km uzunluğa, 800 metr enə və 0,75 km² sahəyə malikdir. Sahəsinə görə Küveytin Bubiyan, Faylaka, Varba adalarından sonra 4-cüdür. Faylaka adasından şimal-şərqdə yerləşir və ondan 3,2 km aralıdadır. Ada ilə Əs-Sabiyə burnu arasında məsasfə 8 km-dir. Adanın cənub-qərbində, metal dirəklərdən ibarət olan 11 hündürlüyü olan mayak sahibdir. Mayak hər 30 saniyədən dörd ağ işıq saçır.
Abdurrahman Başkan
Abdurrahman Başkan (1964, Zilə[d], Toqat ili) — aqrar mühəndis, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Abdurrahman Başkan 1964-cü ildə Tokat ilinin Zile ilçəsində anadan olub. Atatürk Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində mühəndis olaraq çalışıb, bu sahə üzrə fəaliyyət göstərən firmalarda rəhbər vəzifələrdə təmsil olunub. 1995-ci ildə öz firmasını qurub. Uzun illərdir MHP üzvüdür. 2003-2006-cı illərdə MHP İstanbul il şöbəsinin sədr müavini, 2011-2014-cü illərdə MHP İstanbul il şöbəsinin sədri olub. 2009, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib. 2014-cü ildə MHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib. İyun 2015-ci ildə Tokat ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Jak Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], III arondisman (Paris)[…] – 9 sentyabr 1981[…], VI arondisman (Paris)) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Aşağı Raşkan (Sərdəşt)
Aşağı Raşkan (fars. ‎رشكان سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Laskin binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 39 ünvanında yerləşir. Bina XIX əsrin üçüncü yarısında inşa edilmişdir. == Tarixi == 1833-cü ildə Taqanroqa Aleksandr Yakovleviç Laskin öz tikinti dəstəsi ilə Taqanroq şəhərinə gəlir. 1840-cı illərdə o, Müqəddəs Mitrofiya kilsəsinin tikintisinə cavabdeh olur. Bu kilsənin yerində Moloko vavilonu yerləşir. Aleksandr Laskin Adeleida Laskinlə ailə qurmuşdur. O, 1857-ci ildən 1880-ci ilə qədər Taqanroq şəhəri, Qreçeskaya 39 ünvanında yerləşən binanın sahibi olmuşdur. Aleksandr Laskin konka yolunun inşasında belə iştirak etmişdir. 1860-cı illərdə Aleksandr Laskin polkovnik rürbəsinə qalxır və əlaqələndirmə yolları üzrə mühəndislər korpusunun sədr müavini olmuşdur.
Yuxarı Raşkan (Sərdəşt)
Yuxarı Raşkan (fars. ‎رشكان عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Aşağı Aşkan (Sərdəşt)
Aşağı Aşkan (fars. اشكان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Yuxarı Aşkan (Sərdəşt)
Yuxarı Aşkan (fars. شكان علي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (24 ailə).
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Kaskad
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Lankran
Lankran (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lantan
Lantan (La) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 57-ci element. == Xarici keçidlər == 1794-cü ildə fin kimyaçısı Y.Qadolin serit mineralında yeni “ittirium torpağı” aşkar etdi. 1803-cü ildə həmin mineralda Y.Y.Berselius və alman kimyaçısı Vilhelm Xizinger (1766-1852) daha bir “torpağı” tapdılar, onu da “serium torpağı” adlandırdılar. Bu “torpaqlardan” sonralar bir sıra nadir torpaq elementlərinin oksidlərini ayırdılar. Onlardan biri 1839-cu ildə kəşf olunmuşdur və Berseliusun təklifi ilə lantan adlandırılmışdır. Yunan lanthano – “görünməz qalıram, gizlənirəm” sözündəndir; yeni element on illərlə kimyaçılardan “gizlənmişdir”.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. == Adı == Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. == Hakimiyyəti == Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Larkana
Larkan — Pakistanın Sind vilayətinin cənubunda yerləşən şəhər. Zülfüqar Əli Bhutto, bu şəhərdə anadan olmuşdur. Pakistanın keçmiş baş naziri, sui-qəsd nəticəsində qətlə yetirilən Bənazir Bhutto əslən bu şəhərdən idi.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Lağman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.