Abdurrahman Başkan (1964, Zilə[d], Toqat ili) — aqrar mühəndis, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı.[1]
Abdurrahman Başkan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Antalya 2023 — Antalya |
23 iyun 2015 – 1 noyabr 2015 | |
Seçki dairəsi | iyun, 2015 — Tokat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Abdurrahman Başkan 1964-cü ildə Tokat ilinin Zile ilçəsində anadan olub. Atatürk Universiteti Aqrar Bölməsindən məzun olub.[1]
Kənd təsərrüfatı sahəsində mühəndis olaraq çalışıb, bu sahə üzrə fəaliyyət göstərən firmalarda rəhbər vəzifələrdə təmsil olunub. 1995-ci ildə öz firmasını qurub.[1]
Uzun illərdir MHP üzvüdür. 2003-2006-cı illərdə MHP İstanbul il şöbəsinin sədr müavini, 2011-2014-cü illərdə MHP İstanbul il şöbəsinin sədri olub. 2009, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib. 2014-cü ildə MHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib.[1]
İyun 2015-ci ildə Tokat ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]